Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı hər gün vətəndaşlardan ünvanımıza təşəkkür məktubları daxil olur. Bu məktubların əsas mövzusunu asayiş keşikçilərinin gərgin fəaliyyəti, lazım olan anda vətəndaşların köməyinə çatmaları, diqqət və qayğı göstərməsi, qanunun tələblərinə uyğun problemlərinin aradan qaldırılması barədədir. Son günlər aldığımız məktublar arasında biri daha çox diqqətimizi çəkdi. Onu torpaqlarımız uğrunda canlarından belə keçməyə hazır olan oğullar yazmışdılar.
Astara rayonunda yaşayan bir qrup Qarabağ müharibəsi veteranı və əlili Daxili İşlər Nazirliyinə ünvanladıqları müraciətdə bildirirlər ki, bu yaxınlarda sərbəst hərəkət etmək qabiliyyətini itirmiş Artupa kənd sakini, I qrup əlil Abbas İsmayılovun şəxsiyyət vəsiqəsinin müddəti bitdiyi üçün onlar Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi Bölməsinə müraciət ediblər: “Heç gözləmədiyimiz halda, bölmənin inspektoru, polis baş leytenantı Asif Qəhrəmanov müraciətimizə həssaslıqla yanaşaraq dərhal bizimlə bərabər kəndə gəldi, əlil qardaşımızın sənədlərini hazırladı. Hətta banka gedib lazım olan dövlət rüsumunu da öz vəsaiti hesabına ödədi…
Rayonumuzda polis əməkdaşlarının, xüsusilə Qeydiyyat və Şəxsiyyət vəsiqəsi Bölməsi əməkdaşlarının belə xeyirxah hərəkətləri barədə tez-tez eşidirik. Burada çalışan, xalqa xidmət edən polis əməkdaşlarının müraciətlərə həssaslıqla yanaşması, aztəminatlı, imkansız vətəndaşlara göstərdiyi diqqət və qayğı rayonda həmişə rəğbətlə qarşılanıb”.
Əlbəttə ki, polis öz vəzifəsini yerinə yetirir. Daxili işlər orqanlarının fəaliyyəti, xidməti daim vətəndaşların gözü önündədir. O, həm də öz fəaliyyəti və davranışı ilə nümunə göstərir. Vətəndaşların polisin fəaliyyətinə verdiyi dəyər isə hər birimiz üçün önəmlidir.
(http://avtosfer.az)
araz.az xəbər portalı.