Nikol Paşinyanın hakimiyyətə gəlməsi Ermənistan üçün faciəvi nəticələrə səbəb olacaq.
Turkustan.info xəbər verir ki, bu sözləri sosial şəbəkədə canlı yayıma bağlanan Avropa Erməni Birlikləri forumunun vitse-prezidenti, Ermənistan prezidentinin mili təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Vladimir Poqosyan deyib.
“Hazırda xoşagəlməz hadisələr baş verir… Birincisi – Nikol Paşinyan artıq ölkə üçün qaçılmaz nəticələrə səbəb ola biləcək ciddi strateji səhvlər buraxıb.
Aydın başa düşmək lazımdır ki, erməni xalqı Paşinyanın arxası ilə deyil, Sərkisyana qarşı gediblər. Bunu unutmaq olmaz”, – Poqosyan deyib.
Onun sözlərinə görə, aprelin 13-dən başlanan hadisələri dünya yaxından izləyir. Ancaq çoxları nəyin baş verdiyini anlamır:
“Ölkə ərazisindən valyutanın çıxarılmasının qarşısını aldıqları üçün Ermənistanın bəzi nazirləri və Mərkəzi Bankın rəhbəri vəzifələrindən azad edilib həbs olunmalı idi.
Həmçinin, cinayətkarların məsuliyyətdən qaça bilməməsi üçün dövlət sərhədləri bağlanmalı idi. Başa düşmək lazımdır ki, cənab Paşinyan hakimiyyətə boş xəzinə ilə gələcək və ölkədə xaos başlayacaq”, – o əlavə edib.
Sabiq məmur bildirib ki, hakimiyyətə gəlmək üçün Paşinyanın Levon Ter Petrosyan, Robert Koçaryan və Boko Saakyanla razılaşması ilə bağlı məlumatlar yayılıb.
“Bu 3 qurd Paşinyandan öz məqsədləri üçün istifadə edəcək”, – Poqosyan deyib. /oxu.az/
araz.az xəbər portalı.