Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”a Bakıda 1:2 hesabı ilə məğlub olan və Qazaxıstana qayıdarkən Almatıda qəzaya uğrayan “Kayrat” klubu hadisə ilə bağlı açıqlama yayıb.
araz.az-ın məlumatına görə, klub Almatı Hava Limanında avtomobillə toqquşan təyyarənin futbolçu və məşqçi heyətini ölkəyə qaytaran təyyarənin olduğunu təsdiqləyib.
Ancaq hadisə zamanı heç kimin xəsarət almadığı vurğulanıb: “Həqiqətən də, “Kayrat” klubunun futbolçuları və məşqçilər heyəti hadisə zamanı göyərtədə idilər. Xoşbəxtlikdən heç kim xəsarət almayıb. Komanda bir müddət təyyarədə qalıb, sonra klubun bazasına yola düşüb. Oktyabrın 24-də “Astana” ilə keçiriləcək vacib matçın hazırlığı bu gün axşam başlanacaq”.
Qeyd edək ki, “Kayrat”ı Bakıdan Qazaxıstana qaytaran təyyarə Almatı Hava Limanında “Renault” markalı avtomobillə toqquşub.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.