serdar

“Ölkə təsərrüfatında, xüsusilə təbii qazın, suyun və elektrik enerjisinin təchizatında bir sıra qüsurlar var. Təbii ki, burada birbaşa olaraq aiddiyyatı qurumlar məsuliyyət daşıyır. Lakin belə olan halda, vətəndaşların da aktiv olması vacibdir”.

araz.az  Pravda.az-a istinadən bildirir ki, bunu  Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri bildirib ki, vətəndaşlar öz istehlakçı hüquqlarını müdafiə etməyi bacarmalıdırlar: “İndiki vəziyyətdə problemlər artmağa davam edəcək, problemlərin həlli ilə heç kim məşğul olmayacaq. Problemin həlli üçün müəyyən şəkildə aktivlik nümayiş etdirərək təzyiq göstərmək lazımdır. Təəssüf ki, bu, indiki cəmiyyətə xas xarakter deyil. Hazırda ölkədə hər yerdə təbii qazla bağlı müxtəlif problemlər var. Üstəlik, təbii qazın qiyməti də qaldırılıb. Ona görə də, “Azəriqaz”ın rəhbərliyini müsbət qiymətləndirmək üçün heç bir əsas yoxdur”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.