376c1cfd 76f3 4c33 8318 1387a16ef46f

Ağdaşda tarixi hamam yerlə-yeksan edilib.

Söhbət rayonun Məhəmməd Əsədov küçəsində iki gün öncə satılması üçün elanı vurulan, bu gün isə artıq sökülməsi işləri həyata keçirilən, yaşı bir əsrdən çox olan qədim tarixi hamamdan gedir.

Məsələ ilə bağlı Ağdaş Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi üzrə nümayəndəsi Azər Paşayev bildirib ki, bu tikili təqribən 20 il əvvəl alınıb və ərazidə natəmizlik hökm sürdüyündən sakinlərin şikayəti ilə hamamın sahibi söküntü işlərinə başlayıb.

Rayonun Maxsud Şeyxzadə küçəsində yerləşən tarixi hamam kompleksi də məhv olmaq üzrədir. Qısa zamanda bu tikili də əsaslı təmir olunmasa, tarixi hamamda nə tarix qalacaq, nə də hamam.

Rayon ərazisində ən böyük tarixi tikili olan, XIX əsrdə inşa olunan və dövlət qeydiyyatına salınan “Qarabəy” karvansarayı da acınacaqlı vəziyyətdədir. Tikili demək olar ki, dağılmağa məhkumdur. Ya bu gün uçar, ya sabah.

Problemlər bununla da bitmir. İllər öncə karvansarayda 18 ailənin məskunlaşması üçün icazə verilib. Halbuki, ölkədə dövlət tərəfindən qorunan qədim tikililərdə yaşamaq icazəli deyil. 

Burada yaşamaq heç sakinlərin də ürəyincə deyil. Karvansarayda olan dözülməz vəziyyətdən şikayətçi olanlar bildirir ki, ötən il onlar üçün rayonun digər hissəsində dördmərtəbəli 48 ailəlik binanın inşasına başlanılsa da, sonradan işlər dayanıb. Səbəbi isə məlum deyil.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/QnSXBmW0mhM'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.

araz.az xəbər portalı.