Sabiq baş nazir Artur Rasizadə səhhətinin ağır olmasıyla bağlı yayılan xəbərləri təkzib edib.
araz.az Modern.az-a istinadən xəbər verir ki, keçmiş hökumət başçısı sağlıq durumuyla bağlı narahatlığa əsas olmadığını deyib:
“Kefim də yaxşıdır, səhhətim də… Hətta lap əlayam!”.
Artur Rasizadə deyib ki, doğrudan da bu günlərdə xaricdə – Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olub. Amma artıq Bakıya dönüb və hazırda evində dincəlir. O, Dubaya nəvələrilə bir həftəliyə gedibmiş.
86 yaşlı Artur Rasizadə 22 il (1996-2018) Azərbaycanın Baş naziri postunda çalışıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.