Kəlbəcər rayonundan olan 300 nəfər ziyalı ölkə Prezidenti İlham Əliyev cənablarına Müraciət ünvanlayıblar. araz.az-a da daxil olan bu Müraciət hazırda həbsdə olan dövlət xadimi, uzun müddət Azərbaycanın Baş prokuroru və ayrı-ayrı dövlətlərdə fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışmış Eldar Həsənovla bağlıdır. Müraciəti olduğu kimi dəyərli oxucularımızın da diqqətinə çatdırırıq:
– Hörmətli cənab Prezident, Sizə işğaldan azad etdiyiniz Kəlbəcər rayonundan olan bir qrup ziyalı adından müraciət etməyi məqsədəuyğun sayırıq. Çünki Siz hər bir vətəndaşa qayğı və diqqətlə yanaşır, bizlər də bu səmimi münasibətinizi daim öz üzərimizdə hiss edirik.
Bizim rayonun yetişdirdiyi, ulu öndər Heydər Əliyevə, Sizə və dövlətimizə sədaqətlə xidmət edən Birinci Qarabağ savaşının iştirakçısı, sabiq baş prokuror və 20 il Azərbaycanın dörd ölkədə səfiri olmuş Eldar Həsənov bir ildən artıqdır həbsdədir. Biz Eldar Həsənovu torpaqlarımıza erməni müdaxiləsi başlayandan və torpaqlarımız işğala məruz qalan dövrdən daha yaxından tanımışıq. Birinci Qarabağ savaşının ilk günlərindən yurduna bağlı bir insan kimi onun torpaqlarımızın müdafiəsi uğrunda fəaliyyəti bizim gözlərimiz önündə olub. Eldar Həsənov hələ Qarabağda erməni separatizmi başlayan ilk günlərdən Vətənin müdafiəsinə qatılıb, imkanı və səlahiyyəti çərçivəsində əlindən gələn heç bir köməyi əsirgəməyib. O, Gəncə şəhərində milis rəisi işləyərkən ağır mühasirə şəraitində yaşayan Kəlbəcərin müdafiəsinə çoxsaylı silah-sursat yardımı, darda olan əhaliyə hər cür yardım göstərib.
Torpaqlarımız işğal olunandan sonra biz kəlbəcərlilər də müxtəlif bölgələrə səpələndik, olduqca ağır bir həyat yaşamağa məhkum olduq. Siz bu yaxınlarda telekanala müsahibə verərkən o ağır illəri xatırlayıb kövrəldiniz və bütün Azərbaycan xalqı kim bizi də kövrəltdiniz. Çünki o hisslər bizə çox doğma idi.
Yaxşı ki, o ağır günlərdə dövlətimiz bizə sahib çıxdı. Ulu öndər Eldar Həsənovu baş prokuror təyin edəndən sonra biz dövlətin üzərimizdəki qayğısını daha yaxından hiss elədik. Eldar Həsənovun bizə yardımı zamanı ona təşəkkür edəndə deyərdi ki, bu, cənab prezidentin tapşırığıdır. Bütün şəhid ailələrinin, qaçqın-köçkünlərin hüzr məclislərində şəxsən iştirak edərdi və onu belə tədbirlərə Heydər Əliyevin göndərdiyini bildirərdi. Hər zaman xüsusi vurğulayardı ki, ulu öndər biz məmurlardan sizlərin yanında olmağı və qayğınıza qalmağı qətiyyətlə tələb edir.
Möhtərəm cənab Prezident, bizim mənəvi borcumuzdur Sizdən xahiş edək ki, 30 illik həsrətə son qoyub bizi doğma torpaqlarımıza qovuşdurduğunuz kimi ahıl yaşında (artıq 67 yaşın içindədir) olan Eldar Həsənovun səhhətinin də ağır olduğunu nəzərə alıb onu da öz azadlığına qovuşdurasınız.
Bir daha Sizi əmin edirik ki, gələcək fəaliyyətinizdə və torpaqlarımızın abadlaşdırılması üçün həyata keçirdiyiniz böyük quruculuq işlərində həmişə Eldar Həsənovla birlikdə bir əsgər kimi Sizin yardımçınız olacağıq və Sizi dəstəkləyəcəyik.
Dərin hörmət və ehtiramla, Kəlbəcər ziyalıları adından:
Yusif Əhmədov (professor), Ramiz Əbülhəsənov (professor), Eldar Qasımov (professor), Elman Mövsümov (professor), Muğan Salahov (professor), Zərraf Şirinov (professor), Ələmdar Cəfərov (əməkdar həkim), Sabir Həbibov (professor, əməkdar həkim), Yusif Əmiraslanov (professor, əməkdar həkim), Şahin Həsənov (professor), Əlövsət Ağalarov (əməkdar jurnalist, şəhid qardaşı), Babək Niftəliyev (əməkdar artist), Mirsəyyaf Zamanlı (əməkdar müəllim, şəhid atası), Şahyəddin Əliyev (əməkdar jurnalist), Səfər İsgəndərov (təqaüdçü müəllim, şəhid qardaşı), Balay Nəsibov (Qarabağ müharibəsi veteranı, istefada olan polkovnik), Nadir Həsənov (istefada olan polis polkovniki), Vəli Abdullayev (istefada olan polis polkovniki), Aşıq Əhliman (əməkdar mədəniyyət işçisi), İbadət Mehdiyev (əməkdar mədəniyyət işçisi), Məzahir İsayev (dosent), Hüseyn Mirzəyev (dosent), İlham Məmmədli (dosent, “Bütöv Azərbaycan” qəzetinin redaktoru), Rafiq Əliyev (əməkdar məşqçi), Səfər Həmidov (Qarabağ müharibəsi əlili, ehtiyatda olan mayor), Hidayət Elvüsal (veteran jurnalist), “Şöhrət” ordenli şair Məmməd Aslanın ailəsi adından qızı Təbrizə Məmmədqızı, Nəsib Nəbioğlu (şair, Azərbaycan və Rusiyanın yazıçılar birliklərinin üzvü), Osman Mirzəyev (dosent), Sakibə Ələsgərova (dosent, əməkdar müəllim), Zülfüqar Hüseynzadə (Moderator.az saytının baş redaktoru), Bəhruz Bayramov (Vəkillər Kollegiyasının üzvü), Hüseyn Cəfərov (təqaüddə olan polis işçisi, şəhid atası), Həqiqət Rəhimova (“Murovdağ” Cəmiyyətinin sədri), şair Ənvər Rzanın ailəsi adından oğlu Araz Rzayev, Əziz Qənbərov (Vəkillər Kollegiyasının üzvü), Aqil Camal (“Türküstan” qəzetinin baş redaktoru), Əli Abdullayev (əmək veteranı, yazıçı), Mirvari Verdiyeva (dosent, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Təhməz Cəfərovun ailəsi adından İmamverdi Cəfərov, Şamil Əsgərovun ailəsi adından oğlu Bərzani Əsgərov, şair Bəhmən Vətənoğlunun ailəsi adından qardaşı İlyas Abbasov, şair Sücaətin ailəsi adından oğlu Azər Sücaətoğlu, Namiq Dəlidağlı (Dalidag.az və Manevr.az saytlarının baş redakotru), Xalid Vahidoğlu (Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri), Fərhad Məmmədov (Vəkillər Kollegiyasının üzvü), Pərviz Həşimli (Gununsesi.info saytının baş redaktoru), Elxan Salahov (Koordinat.az saytının baş redaktoru), Etibar Seyidağa (jurnalist), Məhəbbət Kəlbəcərli (şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Xəqani Həbiboğlu (şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Cəmilə Çiçək (Azərbaycan Yazıçılar Birliyinin üzvü), Əlövsət Saldaş (şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Kamil Təbib (şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Elşən Əzim (şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Daşqın Ziyəddinoğlu (şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Ələkbər Sönməz (şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Əhməd Əfsun (şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ müharibəsi veteranı), Mehparə Rəhimova (Vəkillər Kollegiyasının üzvü), Rafiq Salahov (fəlsəfə doktoru), Bəxtiyar Səlimov (jurnalist), Rəşad Abdullayev (Kalbajar.com saytının baş redaktoru), Azər Nəcəfli (Azertaym.az saytının baş redaktoru), Rəsul Murovdağlı (şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Adil Həmid (şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Akif Kamalov (Qarabağ müharibəsi veteranı, təqaüddə olan mayor), Ramiz Əliyev (Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Kəlbəcər rayon şöbəsinin sədri), Müslüm Məmmədli (jurnalist, Qarabağ müharibəsi veteranı), Eyvaz Əyyub (şair, Qarabağ müharibəsi veteranı), Aşıq Mehdi (Azərbaycan Aşıqlar Birliyinin üzvü), Aşıq Elbrus (Azərbaycan Aşıqlar Birliyinin üzvü), Aşıq Şöhrət (Azərbaycan Aşıqlar Birliyinin üzvü), Mübariz Camaloğlu (Azərbaycan Aşıqlar Birliyinin üzvü) və başqaları.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.