kamal54

Bakıda 37 yaşlı kişinin qəflətən ölməsi barədə araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, paytaxt sakini 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.

K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Qeyd edək ki, K. Namazovun beş gün əvvəl nigaha daxil olduğu bildirilir.

Sosial şəbəkələrdə K. Namazovun döyülərək, xəsarət aldığı barədə iddialar irəli sürülür..

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.