Bizi narahat edən bu biabırçılığa partiya sədrindən sərt reaksiya
Çoxdandır bu biabırçılığın narahat şahidləriyik. Elə, paytaxtdakı məşhur “Torqovı”ya üz tutmağın kifayət edər ki, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin öz Facebook statusunda nə demək istədiyini sən də başa düşəsən. Doğrudan da, bizdə, bu biabırçılıq özünün pik həddindədir: Ərəblər qızlarımızla açıq-askar qol-boyun olmaqdan belə çəkinmirlər.
Avropa Şurası Parlament Assambleyasının rəsmi sənədi isə, bu biabırçılığın ölkəmizdəki daha bir mundar formasını açıb göstərir. Partiya sədri də, elə, buna görə, olduqca narahatdır. Əli bəy öz statusunu belə başlayır ki, AŞPA sənədində Azərbaycanda xaricilərə fahişə təklif edilməsi ilə bağlı faktlar yer alıb, hətta, bir neçə nəfər bu faktı rəsmi izahatları ilə təsdiq edib, hökümət isə, susur: “Görəsən, bu ideya və icra kimə məxsusdur? Hökümət rəsmi cavab vermirsə, deməli məsuliyyət onun üzərinə düşür. Bildiyim qədər, Cinayət Məcəlləsində bu sahədəki vasitəçiliyə qurumsaqlıq deyilir. Hökümət bu qurumsaq və ya qurumsaqların kim olduğuna aydınlıq gətirməlidir. Belə çıxır ki, Baş nazir Novruz Məmmədovun ilk açıqlaması qurumsaqlar barədə olmalıdır, amma hələlik susur.
Hökümətin Azərbaycanda yanlış siyasətini daim tənqid etmişəm. Bir qədər əvvəl turizmin ən aşağı və alçaq – seks-turizm sahəsinin inkişaf etdirilməsinin yanlış olduğunu yazmışdım. Ərəbləri buraya sürü ilə gətirənlər bilməlidirlər ki, səhra kələlərinin bura gəlişi tək gözəl infrastrukturla bağlı deyil, həm də əlçatan və ucuz seks xidmətlərin olduğu səbəbindəndir. İnsanların dolanışığının olmadığı yerlərin hamısında fahişəlik inkişaf edir.
AŞPA sənədinə əvvəlki hökümətin susqun reakiyasından da, belə çıxır ki, onlar təkcə seks-turizmi deyil, həm də seks-diplomatiyanı da stimullaşdırırlarmış. Bir halda ki, bu istiqamət seçilib, o zaman Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi nəyə gərəkdir?! Bu təşkilatı buraxmaq lazımdır. İşçiləri vergi orqanlarına yönəltmək lazımdır ki, hökümətin bu işdən büdcəyə gətirdiyi vəsaitin məbləği bilinsin. Hökümətin fəaliyyəti şəffaf olmalıdır. Vergiödəyiciləri bilsin ki, millət bu biabırçı sahədən nə qədər gəlir əldə edir.
Sonda bir təklifim də var: Qəbul olunsa, onda gəlir yalnız bu sahənin nümayəndələrinə, yəni qurumsaq ideoloqlara və qurumsaq icraçılara xərclənsin!”.
Bu nə biabırçılıq! Gözümüzü açmalı, bu mundar mühiti yaradanların layiqli cəzalarını almaları üçün, Əli bəy kimi cəsarətli insanlara dəstək olmaqdan çəkinməməliyik. Batdığımız çirkabdan çıxmaq üçün, bu addımı atmağımız vacibdir!
Araz.az xəbər portalının Araşdırma Qrupu.
araz.az xəbər portalı.