Serjik 1

Xankəndi rejimi Göyçə, Dərəldəyəz və Zəngəzuru nəzarətə götürməyə çalışır.

Ermənistanda müxalifət lider Nikol Paşinyan öz tərəfdarları ilə etiraz mitinqlərinə qatılmaq üçün Gümrüyə gedib.

araz.az İstiPress-ə istinadən məlumatına görə, o, sabah Gümrü və Vanadzorda olacaq və yalnız bazar günü İrəvana qayıdacaq.

Beləliklə, Ermənistan müxalifəti hakim Respublika Partiyasının təmsilçisi, Qarabağ klanının indiki lideri, baş nazir əvəzi Karen Karapetyanın bu gün görüşə gəlməmsinə qarşı preventiv addımlar hazırlayır. Əslində, Vladimir Putinlə məsləhətləşmiş Karen Karapetyan vaxt udmağa çalışır və gözləyir ki, nümayişlər öz-özünə səngiyəcək. Paşinyan isə nümayişləri səngitmək əvəzinə bütün ölkəyə yaymağa çalışır.

Paşinyan tərəfdarları Gümrü yolunda

 Bu arada Ermənistan parlamentində formalaşmış üçüncü qrup nə Paşinyanın, nə də Karapetyanın baş nazir olmasını məsləhət görmür və vəziyyətdən çıxış kimi «Çiçəklənən Ermənistan» partiyasının lideri Qaqik Sarukyanın baş nazir olmasını təklif edirlər.

Bu da dolayısı ilə hakimiyyətin Qarabağ klanından alınması deməkdir ki, çətin ki,  klan buna razı olsun. Qarabağ klanının silahlı qanadının lideri Bako Saakyan hələ mitinqlərin ilk günündə Nikol Paşinyanı və tərəfdarlarını bununla hədələmişdi. Onların nə istədikləri aydındır – hakimiyyət dəyişərsə,  Qarabağ klanının silahlı qanadı Göyçə, Dərələyəz və Zəngəzuru nəzarətə götürərək Xankəndiyə tabe edəcək və Ermənistanın mərkəzi hakimiyyətini tanmayacaq. Klan böyük ehtimalla himayə üçün Moskvaya müraciət edəcək.

Qərbyönümlü Nikol Paşinyanla rusyönümlü Karen Karapetyan anlaşa bilmədilər
 

araz.az xəbər portalı.