Azərbaycanda fəaliyyət göstərən “Nesquik” şirkətinin nümayəndəliyi qalmaqallı addım atıb.
“Nesquik Studios Azərbaycan” facebook səhifəsində paylaşılan qısa videoçarxda terror rəşkilatı olan PKK-nın simvolundan istifadə edilib. Uşaqlar üçün hazırlanan “Superqəhrəmanını yarat” çarxındakı qəhrəman və uşağın geyimində PKK “ulduz”u təsvir olunub.
Şirkətin bilərəkdən və ya bilməyərəkdən istifadə etdiyi simvolla bağlı ölkənin təhlükəsizlik və hüquq-mühafizə orqanları ciddi məşğul olmalıdır.//Minval.İnfo
araz.az xəbər portalı.