Millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının əməkdaşları, partiya fəalları, şəhər ictimaiyyəti Şəhidlər Xiyabanında olub, 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası naminə qəhrəmanlıq göstərərək şəhid olmuş Röyal Vaqif oğlu Cəfərovun, Elşad Suliddin oğlu Mahmudovun və Aydın Elxan oğlu Rüstəmovun ildönümü mərasimində iştirak ediblər.
Millət vəkilləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının ailə üzvləri ilə görüşüb, qayğıları ilə maraqlanıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və sərəncamları ilə Vətənin müstəqilliyi uğrunda sinəsini sipər etmiş şəhidlərimizin ailələrinə dövlət qayğısının göstərilməsi, onların sosial rifahının təmin edilməsi məsələlərinin daim diqqətdə saxlanıldığını bildiriblər.
Həmçinin onlar Şanlı Qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş igidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, şəhidlərin məzarları önünə gül dəstələri düzüblər.
araz.az xəbər portalı.