DogruXeber.az: – Bu günümüz, gələcəyimiz üçün ən vacib, ən önəmli sahələrdən biri olan təhsilin mövcud yararsız durumu barəsində hər gün danışırıq, hər gün yazırıq…
Amma, “çi fayda”…
Görünür, bu sahədə baş verən özbaşınalıqlar, saymazlıqlar və geriləmələr yalnız media nümayəndələrini narahat edir.
Əsas narahat olmalı olan səlahiyyətli şəxslər, eləcə də təhsilin (daha doğrusu problemlərin) başında dayanıb, susaraq bu acınacaqlı durumu izləyən Təhsil Naziri Emin Əmrullayev mövcud vəziyyətdən razıdır ki, hər gün “vurulan həyəcan təbili”nin təhsil sahəsində “sükutu pozan gurultu”larına (sosial şəbəkələrdə və sosial mediada yayımlanan məlumatlara) görə qətiyyən öz rahatlığını pozmur.
Deyəsən, son zamanlar Təhsil Naziri də daxil olmaqla, bir çox dövlət qurumlarında, rəhbər vəzifələrdə çalışan məmurlar sanki, “”Yoqa” ilə məşğuldurlar”. Gözlərini yumub, ətrafdan tamamilə uzaqlaşıblar.
Dövlət qurumunda, rəhbər vəzifədə çalışır, amma mətbuatda gedən məlumatlardan “xəbərsizdir”. Özü də rəhbərlik etdiyi sahədə !
Nə qədər absurd…
Deyək ki, mətbuatı keçdik. Heç media nümayəndələrini demirik, Emin Əmrullayevin hər hansı bir şəxsi sosial şəbəkə hesablarında paylaşdığı “gözdən pərdə asan” (daha doğrusu “asmağa çalışdığı” ) statuslarının aşağısında, rəy bölməsində təhsil işçilərinin və vətəndaşların “həyəcanlı hayqırtısı”nı da mı görmür, eşitmir cənab Əmrullayev?
O zaman necə olur bəzi özünü “şirin” göstərməyə çalışan, “ağ yalan”larla dolu müsbət fikirlər yazanlar dərhal, operativ cavablandırılır?!
“Doğru xəbər.az” saytında, həmçinin “MUM.TV” YouTube kanalımızda ötən yayımlarımızda dəfələrlə təhsildə yaşanan çoxsaylı problemlər, özbaşınalıq və korrupsiya halları barəsində məlumatlar yayımlamışıq.
Sosial şəbəkələrdə həmin yayımladığımız məlumatların, eləcə də Emin Əmrullayevin özünün şəxsi hesabında etdiyi paylaşımlarının aşağısında, rəy bölməsində paytaxt məktəblərində, həmçinin bölgələrdə çalışan təhsil işçilərinin, valideyinlərin ümid dolu narazılıqlarına sözügedən qurum tərəfindən heç bir reaksiya verilmir.
Biz agentliyimizdə “Direktor müsabiqəsi”nin də necə təşkil olunması, hansı şərtlərlə keçirilməsi, həmçinin keçirilən müsabiqələrdə “qalib olmanın yolları” mövzusuna da bir neçə dəfə toxunmuşuq.
Bu barədə “ürəyi dolu” olan vətəndaş – Məmməd Qurbanov “rəy” bölməsində yazır:
Mürsəl Yusifov yazır:
Teymur Abbasov yazır:
Gülşən Rəsulova – İsmayılova yazır:
Kəmalə Namazlı yazır:
Ruslan Quliyev və təhsil işçisi Aybəniz Heydərova yazır:
Malik Hacıyev yazır:
Və sair…
Ümumiyyətlə bu kimi haqlı iradlar bildirən vətəndaşlar kifayət qədərdir.
Yeri gəlmişkən, “Facebook” sosial şəbəkəsində Emin Əmrullayevin öz adına olan səhifənin bu kimi “lazımlı” sualları cavablandırıb:
Bu kimi suallara ümumiyyətlə Allahın bir “like”ı ilə reaksiya verməməsi də qurum rəhbərliyinin maraqlarını büruzə verir.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
araz.az xəbər portalı.