karapetyan

Ermənistan müdafiə naziri Arşak Karapetyan Laçın dəhlizindən keçərək, Azərbaycanın Qarabağ iqtisadi raynunun bir hissəsində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının məsuliyyət zonasındakı əraziyə gəlib.

araz.az  Axar.az-a istinadən xəbər verir ki, “səfərlə” bağlı məlumatı erməni mediası yayıb.

Karapetyanın “döyüş mövqelərinə” baxdığı, döyüş növbətçiliyi və mühəndis işləri ilə tanış olduğu bildirilir.

Erməni nazir “hərbi hissələrdən birində” də olub və deyib ki, sülhün ən vacib girovu (? – red.) ordunun döyüş qabiliyyətidir.

Karapetyan Azərbaycan ərazisində hələ də saxlanılan qanunsuz silahlı birləşmələrin əsgərlərinə medal-zad da paylayıb. Onun daha sonra – 7 noyabrda Zəngəzura getdiyi, Qaragöl ətrafına baş çəkdiyi, dövlət sərhədinin bərpasından danışdığı da əlavə edilib.

Qeyd edək ki, Karapetyanın Qarabağa nə zaman gəldiyi dəqiq göstərilməyib. Ancaq Zəngəzura 7-də getməsindən belə görünür ki, o, ola bilsin ki, ötən gün səhər saatlarında Laçın dəhlizindən istifadə edib, amma bu haqda məlumat yalnız indi yayılıb.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.