Vətən müharibəsində Azərbaycanın Hərbi Hava Qüvvələrinin pilotları da böyük fədakarlıq nümayiş etdiriblər. Onları riskli, bir o qədər də ağır tapşırıqlar icra ediblər. Əlbəttə, heç nə bu yolda onlara əngəl ola bilməzdi…
araz.az-ın məlumatına görə, Hərbi Hava Qüvvələrinin komandanlığı tərəfindən ”Qarabağ Mücrüsü” adı verilən gizli taktikanın başlıca məqsədi elə ilk gündə düşmənin hava hücumundan müdafiə sistemini iflic hala salmaq idi. Plana uyğun olaraq, əvvəlcə “Miq-29” döyüş qırıcılarının pilotları havaya qalxmalı, bəzən düşmənin içərilərinə doğru kilometrlərlə daxil olmalı və aldadıcı manevrlər etməli idilər.
Qüsursuz yerinə yetirilən tapşırıqla saatlar içində düşmənin hava hücumundan müdafiə komlekslərinin 60 faizi Azərbaycan ordusunun arsenalında olan “Harop”, “Bayraktar” və qırıcılar vasitəsi ilə məhv edilir. Düşmən bununla da sözün əsl mənasında havadan kor vəziyyətinə düşür.
“Miq-29” pilotlarından fərqli olaraq, “Su-25” qırıcıları ilə tam fərqli tapşırığı yerinə yetirməli idi. “Su-25″ qırıcısının ”Azərbaycan Bayrağı” ordenli pilotu Taleh Həşimov ilk gündəcə bomba yüklü qırıcı ilə Murovdağ silsiləsini aşaraq Kəlbəcərdə düşmən mövqelərinə sarsıdıcı zərbələr endirir.
Bunlar pilotların sadəcə ilk tapşırıqları idi. Döyüş əsnasında onları dəfələrlə riskli tapşırıqlar gözləyirdi.
Döyüş zamanı qırıcılar ilk dəfə olaraq lazer güdümlü bombalarla da təchiz edilir. Pilotlar bu bombalar vasitəsilə eyni hədəfə iki nöqtə atışı həyata keçiriblər. Döyüşlərdə qırıcıların hündür və alçaq məsafədə uçuş məhdudiyyətləri də aşılır.
Qırıcılardan fərqli olaraq döyüş helikopterlərinin sürət və manevr qabiliyyəti aşağı idi. Bu da onların vurulma riskinin daha yüksək olması demək idi. Ancaq düzgün taktiki seçim bu riskləri minimuma endirir. Helikopterlərə quraşdırılan raketlər vasitəsilə 30 km. məsafədə olan düşmən hədəfləri məhv edilir.
Müharibənin irəliləyən günlərində düşmənin demək olar ki, radiolokasiya sistemləri məhv edilir. Döyüş meydanında əlacsız qalan düşmən isə gülməli üsullara əl atmalı olur.
Bu müharibədə hərbi hava qüvvələrinin bir qırıcısı və bir helikopteri düşmən tərəfindən vurulur və ”Vətən Müharibəsi Qəhrəmanları” olan pilotlar-Zaur Nudiraliyev və Ramiz Qasımov şəhid olurlar. Ümumilikdə isə ”Qarabağ Mücrüsü” taktikası Azərbaycan Ordusunun kompleks işləməsi nəticəsində uğurla başa çatır.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/K8rJiizZPHk’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.
araz.az xəbər portalı.