bandicam 2021 11 09 10 35 14 378

Azərbaycanın Moldovadakı Səfirliyində 8 Noyabr – Zəfər Günü münasibəti ilə, dünən möhtəşəm təntənəli tədbir keçirilib.

Moldovanın Xarici İşlər Nazirliyinin, Ali qanunverici orqanının nümayəndələrinin, diplomatik korpus təmsilçilərinin, ictimai-siyasi xadimlərin, aparıcı media qurumları əməkdaşlarının və bu dost ölkədə yaşayan soydaşlarımızın iştirak etdikləri bu mərasimdə, əvvəlcə Azərbaycanın və Moldovanın Dövlət himnləri səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səfirlikdən araz.az-a daxil olan məlumatda bildirilir ki, tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycanın Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanov, Zəfər Gününün Şuşanın işğaldan azad olunduğu tarixdə qeyd olunması səbəbindən söz açaraq, bu şəhərin Azərbaycanın tarixində və mədəni inkişafında həmişə özünəməxsus bənzərsiz yer tutduğunu xüsusi vurğulayıb. Səfir Azərbaycan torpaqlarının 30 illik işğal tarixinə nəzər salaraq, Ermənistan silahlı qüvvələrinin münaqişə dövründə törətdiyi təxribatlara, diversiya qrupları tərəfindən həyata keçirilmiş terror aktlarına da diqqət yönəldib. Qüdsi Osmanov onu da xüsusi qeyd edib ki, ötən ilin iyul ayında Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəd zonada genişmiqyaslı təxribatlar törədib ki, bunun da nəticəsində dinc əhali arasında ölənlər olub.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/O4yjJuHPjFg’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
“Müzəffər Azərbaycan Ordusu, ötən ilin sentyabr ayının 27-də Ermənistanın təxribatlarına qarşı əks-hücum əməliyyatları həyata keçirmək məcburiyyətində qaldı və bunun da nəticəsində, torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Erməni əsgərləri öz torpaqlarında döyüşmürdü. Onlardan fərqli olaraq, Azərbaycan əsgərləri öz tarixi torpaqlarının azadlığı uğrunda mücadilə aparırdı. Onlar Vətən uğrunda döyüşürdülər deyə, öz canları, qanları hesabına həmin əraziləri işğaldan azad etdilər. Bu gün isə, Azərbaycan Dövləti işğaldan azad olunmuş şəhər və rayonlarımızı yenidən dirçəldir!” – deyə, səfir tədbir iştirakçıları qarşısında müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyev cənablarının sülhpərvər siyasətinin olduğunu, onun müəllifi olduğu strateji xəttin sayəsində, regionda sülhün təmin olunması, insanların əmin-amanlıq içində yaşaması məqsədinin dayandığını da xüsusi vurğulayıb.
Daha sonra, söz demək üçün tribunaya
tədbir iştirakçısı olan qonaqlar dəvət olunub. Öncə söz, Moldova Parlamentindəki hakim Hərəkat və Həmrəylik Partiyasından olan deputat Vitali Jakota verilib. Deputat öz çıxışında Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiklərini xüsusi qeyd edib və işğaldan azad olunmuş torpaqlarda, tezliklə normal həyat şəraitinin bərpa olunacağına ümid etdiyini bildirib. O, həmçinin, Azərbaycan və Moldova arasında bütün sahələr üzrə, bundan sonrada da, sıx əməkdaşlığın inkişaf etməsində maraqlı olduqlarını da dilə gətirib.
Tədbirdə, qardaş Türkiyə Cümhuriyyətinin Moldovadakı səfiri Gürol Sökmənsener də çıxış edərək, Azərbaycan xalqını şanlı qələbə münasibətilə təbrik edib. Xüsusi olaraq onu qeyd edib ki, Türkiyə, “İki Dövlət – Bir Millət!” həqiqətinə uyğun olaraq, bundan sonra da, daim qardaş Azərbaycanın yanında olacaq.[bt_slider uid=”1636440519-618a19c78ad4d” target=”_blank” width=”0″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-09 at 03.06.04 (1).jpeg” title=”WhatsApp Image 2021-11-09 at 03.06.04 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-09 at 03.06.03.jpeg” title=”WhatsApp Image 2021-11-09 at 03.06.03.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-09 at 03.06.03 (2).jpeg” title=”WhatsApp Image 2021-11-09 at 03.06.03 (2).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-09 at 03.06.04.jpeg” title=”WhatsApp Image 2021-11-09 at 03.06.04.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-09 at 03.06.02.jpeg” title=”WhatsApp Image 2021-11-09 at 03.06.02.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-09 at 03.06.01.jpeg” title=”WhatsApp Image 2021-11-09 at 03.06.01.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-09 at 03.06.02 (1).jpeg” title=”WhatsApp Image 2021-11-09 at 03.06.02 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-09 at 03.06.03 (1).jpeg” title=”WhatsApp Image 2021-11-09 at 03.06.03 (1).jpeg” link=”” parent_tag=”slider”][/bt_slider]
“Mən Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfər etmişəm. Orada gördüklərim məni dəhşətə gətirib. İşağal dövründə Azərbaycanın şəhər və rayonları tamamilə dağıdılıb, hər şey yerlə-yeksan edilib!” – Təəssüf və təsir notları üzərində qurulan belə bir çıxışı isə, Moldovanın tanınmış yazıçı və publisisti İqor Volnıntski edib. Natiq, Şanlı Qələbənin əldə olunmasına görə, Azərbaycan dövlətinin və xalqının sevinclərinə, onların dostlarının da şərik çıxdıqlarını dilə gətirib. Qeyd edib ki, dost dövlətlər və xalqlar bu sevinci bölüşərək, 44 günlük Vətən Müharibəsindəki bu Şanlı Qələbəyə görə heyrətləniblər də. Eləcə də, işğaldan azad olunmuş ərazilərdə, bərpa istiqamətində müasir stildə aparılan olduqca sürətli genişmiqyaslı işlər də, bizi, dost kimi çox heyrətləndirir.
Mərasimdə Moldovanın xalq artisti Konstantin Moskoviç, eləcə də xarici ölkələrin diplomatik missiyalarının təmsilçiləri və ictimaiyyətin tanınmış nümayəndələri çıxış edərək, Azərbaycan üçün əlamətdar bu şanlı tarix münasibətilə, öz səmimi fikirlərini ifadə ediblər.
Mərasim iştirakçıları, daha sonra, Ümumilli Lider Heydər Əliyevin səfirliyin qarşısında olan büstünün önünə tər çiçək dəstələri qoyublar. Bunun ardınca Moldovadakı səfriliyimiz tərəfindən hazırlanan və Zəfər Gününə həsr olunan Xatirə Barelyefinin təntənəli açılışı olub. Səfir Qüdsi Osmanov mərmər barelyefin üzərində həkk olunan “Dəmir Yumruq” və “Xarı Bülbül” rəmzlərinin mənası barədə qonaqlara ətraflı məlumat verərək, onların Qələbəni və Sülhü tərənnüm etdiyini bildirib.
Yeri gəlmişkən, onu da qeyd edək ki, barelyef üzərində Azərbaycan Prezidenti İlham Əliyevin həmişəlik dilə gətirdiyi “Qarabağ Azərbaycandır! Bundan sonra, biz, qalib ölkə və müzəffər xalq kimi yaşayacağıq!” ifadəsinin və “Bizim gücümüz — bizim birliyimizdədir!” şüarının üc dildə — Azərbaycan, rumın və ingilis dillərində öz əksini tapdığı da, redaksiyamıza daxil olan məlumatda xüsusi qeyd olunub. O da bildirilib ki, elə, bu barelyefin qarşısında çıxış edən Ukraynanın Moldovadakı səfiri Marko Şevçenko və Moldovanın Yazıçılar İttifaqının sədri Teo Kiriak Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını alqışladıqlarını və əldə olunmuş Möhtəşəm Qələbənin böyük hadisə olduğunu vurğulayıblar.
Mərasimin ikinci hissəsində, qonaqlar, Səfirliyin həyətində təşkil olunan və Zəfər Gününə həsr olunan foto-sərgi ilə də tanış olublar.[bt_slider uid=”1636440613-618a1a2500d5a” target=”_blank” width=”0″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-09 at 03.07.08.jpeg” title=”WhatsApp Image 2021-11-09 at 03.07.08.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-09 at 03.07.08 (1).jpeg” title=”WhatsApp Image 2021-11-09 at 03.07.08 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-09 at 03.06.06.jpeg” title=”WhatsApp Image 2021-11-09 at 03.06.06.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-09 at 03.06.06 (3).jpeg” title=”WhatsApp Image 2021-11-09 at 03.06.06 (3).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-09 at 03.06.06 (1).jpeg” title=”WhatsApp Image 2021-11-09 at 03.06.06 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-09 at 03.06.06 (2).jpeg” title=”WhatsApp Image 2021-11-09 at 03.06.06 (2).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-09 at 03.06.05 (1).jpeg” title=”WhatsApp Image 2021-11-09 at 03.06.05 (1).jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-09 at 03.06.05.jpeg” title=”WhatsApp Image 2021-11-09 at 03.06.05.jpeg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/WhatsApp Image 2021-11-09 at 03.06.05 (2).jpeg” title=”WhatsApp Image 2021-11-09 at 03.06.05 (2).jpeg” link=”” parent_tag=”slider”][/bt_slider]

araz.az xəbər portalı.

araz.az xəbər portalı.