stalin77

SSRİ-nin ən uzunömürlü diktatorlarından olmuş İosif Stalinin nəticəsi Səlim Bensaad evsiz qalıb.

araz.az Report-a istinadən xəbər verir ki, bu barədə Səlim Bensaadın mətbuat katibi Vadim Qorjankin “360” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, atası, əlcəzairli Hosin Bensaad Səlimin qeydiyyatda olduğu Moskva mənzilində qıfılları dəyişdikdən sonra həmin şəxs gecəni şəxsi avtomobilində keçirmək məcburiyyətində qalır. Qorjankin baş verənləri Stalinin nəvəsinin həyatına qəsd adlandırıb. Mətbuat katibi qeyd edib ki, ailədəki münaqişələr müəlliflərindən biri, Bensaadın (kiçik Benssad-red) kitabının nəşri ilə əlaqədar kəskinləşib.

“Lana (yazıçı Lana Parşina – red.) tərəfindən birbaşa Səlimlə əməkdaşlıqda hazırlanan kitabın son buraxılışından sonra vəziyyət xeyli gərginləşib”, – Qorjankin əlavə edib.

O, ailədəki münaqişənin Bensaadlar ailəsinin mənzilinin mülkiyyəti ilə bağlı olduğuna da deyib.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.