Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Sabunçu Gənclər Evi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Mübarizlər” Vətənpərvərliyə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Dəmir yumruq” hərbi-vətənpərvərlik layihəsinin açılış mərasimi keçirilib.
araz.az-ın xəbərinə görə Sabunçu Gənclər Evindən bildiriblər ki, mərasimdə ictimaiyyət nümayəndələri, Vətən müharibəsi qaziləri və Sabunçu Gənclər Evinin üzvləri iştirak ediblər.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi məsələlər üzrə müavini Rəna Fərəcova, Sabunçu Gənclər Evinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabunçu nümayəndəliyinin direktoru Samir Mehralıyev, şəhid İsrayıl Cəfərzadənin atası Namiq Cəfərov, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş məşqçisi Rəsul Məmmədov, “Mübarizlər” Vətənpərvərliyə Dəstək İctimai Birliyinin nümayəndəsi və qazi Toğrul Ənsərli çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışıblar. Qeyd edilib ki, layihənin məqsədi hərbi-vətənpərvərlik istiqamətində tədbirlərin daha da genişləndirilməsi, gənclərin hərbi savadlılığının artırılması, onların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, həmçinin hərbi xidməti hələ keçməmiş gənclərə zəruri məlumatların nəzəri və praktiki şəkildə ötürülməsidir.
Layihə çərçivəsində 44 gün ərzində iştirakçılara hərb haqqında ilk təsəvvür, silahlarla tanışlıq və atış dərsləri, hərbi nizamnamə və rütbələr, ərazidə hərəkət, minadan qorunma, kəşfiyyat, ilkin tibbi yardım, mühəndis istehkam, əlbəyaxa döyüş, silahdan müdafiə, ideoloji və psixoloji hazırlıqla bağlı təlim və kurslar keçiriləcək. Təlim və kurslar Sabunçu Gənclər Evində, “N” saylı hərbi hissədə, atış meydanlarında və açıq hava məkanlarında olmaqla həftənin şənbə və bazar günləri təşkil ediləcək.
[bt_slider uid=”1636493107-618ae7339bac1″ target=”_blank” width=”0″ crop=”no” thumbnail_width=”450″ thumbnail_height=”300″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/16364905971888625822_1000x669.jpg” title=”16364905971888625822_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/16364905974535526281_1000x669.jpg” title=”16364905974535526281_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/16364905975063917532_1000x669.jpg” title=”16364905975063917532_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/16364905973438126115_1000x669 (1).jpg” title=”16364905973438126115_1000x669 (1).jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/16364905972257956375_1000x669.jpg” title=”16364905972257956375_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/163649059767495697_1000x669.jpg” title=”163649059767495697_1000x669.jpg” link=”” parent_tag=”slider”][/bt_slider]araz.az xəbər portalı.
araz.az xəbər portalı.