herb65

Təkcə dənizdə yox, quruda da düşmənə qan uddura bilirlər. Onlar Vətən müharibəsindən öncə də  düşmənin kabusuna çevrilmişdilər. Qələbənin əldə edilməsi bu şəxslərin döyüşlərdə göstərdiyi şücaət nəticəsində mümkün oldu. Bəziləri yaralandı, bəziləri isə şəhid oldu, ancaq işğaldan azad etdikləri torağın bir qarışını belə düşmənə vermədilər. Canı, qanı bahasına olsa da, erməni hərbçilərini torpaqlarımızdan “iti qovan” kimi qovdular…

araz.az-ın məlumatına görə, söhbət Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarından gedir.

Elçin Qaraşlı müharibənin ilk günlərində Tərtər istiqamətində “Mübariz postu”na hücum edən düşmən qüvvələrinin qarşısını alıb. O və yoldaşları düşməni geri çəkilməyə məcbur edib.Bundan sonra isə Eilçin Füzuli,Cəbrayıl və Zəngilan rayonu istiqamətində gedən döyüşlərdə aktiv iştirak edib.

Qubadlı istiqamətdə çoxlu sayda erməni hərbçilərinin müqavimət göstərməsinə baxmayaraq, düşmən ordusu əldən vermək istəmədiyi şəhəri öz sahiblərinə geri qaytarmağın nə olduğunu başa düşüb. Müharibədən sonra Füzulinin, Cəbrayılın, Qubadlının, Xocavəndin azad olunmasına görə, ”Cəsur döyüşçü” və ”İgidliyə görə” medalları ilə təltif olunan Elçin Qaraşlı döyüşlərdə erməni hərbçilərinin necə qorxaq və namərd olduğunu öz gözləri ilə görüb.

Döyüşlərdə ağır yaralanmasına baxmayaraq, çətin vəziyyətdə əlində silah erməni hərbçilərinin onlara tərəf addım atmasına imkan verməyən daha bir xüsusi təyinatlı hərbçi Rüfət Musayev inanırdı ki, zəfər gününü yaşayacaqdı. Çünki döyüşlərin hər dəqiqəsində düşmən tərəfi məğlub olacağını bilib və döyüş meydanından qaçmağa üstünlük verirdi.

Döyüşlərdə bədəninin müxtəlif nahiyələrindən 16 qəlpə yarası alan bu qəhrəmanımız ”İgidliyə görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Müharibənin gizli qəhrəmanları olan və “Dəniz pişikləri” adlandırılan xüsusi təyinatlılarımız düşmənə gün verib, işiq verməyib.

Müxtəlif ölkələrdə təlim kursları keçən Kazım Hacıyev Qubadlı istiqamətində hücum zamanı düşmənin hərbi hissəsinin əsir düşən tabor komandirinin etiraflarına şahid olub.

Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlıları Qubadlı uğrunda ağır döyüşlərdən sonra şəhəri tam azad edib və bu xəbər Ali Baş Komandana məruzə olunub.

Qeyd edək ki,Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarından 3 nəfər ”Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.Ümumilikdə isə döyüşlərdə Xüsusi Təyinatlılar arasında 9 nəfər şəhid olub.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/f8LbPYAPQYU'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.

araz.az xəbər portalı.