samirserifov12

Maliyyə naziri Samir Şərifov kənd təsərrüfatı və ərzaq məhsulları ilə bağlı dövlət rüsumunun artırılmasına münasibət bildirib.

araz.az-ın xəbərinə görə, o, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində çıxışı zamanı danışıb.

“Hamıya bildirirəm ki, heç bir ərzaq məhsulunun rüsumunda bir qəpik də olsun artım yoxdur. Ərzaq məhsullarının qiymətinə təsir edəcək dövlət rüsumlarında artımı yoxdur. Bu, tamamilə əsası olmayan uydurmalardır”, – deyə nazir vurğulayıb.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.