dunya-muharibesi.jpg

Merilin Monro Amerika prezidentini SSRİ-nin ABŞ-dakı səfirinin iş otağından sülh bəyanatı verməyə vadar etdi…

Bu günlərdə Rusiya-ABŞ münasibətlərinin kəskinləşməsi fonunda növbəti dəfə “III cahan savaşı olacaq” ajiotajı baş qaldıranda yadıma ötən illərdə də dəfələrlə qeyri-adi, ağlagəlməz mövzulu və məzmunlu söhbətlərini təqdim etdiyimiz Azərbaycanın məşhur milli mason lideri- 1959-1982-ci illərdə Azərbaycanın milli müstəqilliyi uğrunda gizli mübarizə aparmış Milli Azadlıq Qərargahını rəhbəri Oqtay Eldəgəzlə daha bir söhbətimiz yadıma düşdü… 1990-cı illərin sonunda “Azərbaycan” nəşriyyatının 6-cı mərtəbəsindəki görüşlərimizdən birində 1962-ci ilin ABŞ və SSRİ arasındakı Karib böhranı zamanı planetin nüvə savaşından xilas edilməsində önəmli rol oynamış azərbaycanlı kəşfiyyatçı oğuldan bəhs etmişdi Oqtay əfəndi… O vaxt bu söhbət yazıya da köçürülmüşdü.

Aktuallığını nəzərə alaraq həmin söhbətin ən maraqlı məqamlarını Moderator.az oxucularının da nəzərinə çatdırırıq:

(Yazının əvvəli üçün bu linkə baxın: http://www.moderator.az/news/222542.html)

“Biz Azərbaycan türkləri dünyaya car çəkməyə haqlıyıq ki, bəşəriyyəti nüvə qırğınları dəhşətlərindən azərbaycanlı oğul xilas etmişdir…”

“…Seyrandan aldığı vacib tapşırığı özünəməxsus qılıqlarla ABŞ prezidenti Con Kennediyə təlqin edən məşuqə -Merilin Monro intizarla zəhmətinin nəticəsini gözləyirdi. Kennedi Moskvaya raketləri Kubadan çıxarmaq üçün vaxt vermişdi –sözündən də dönə bilmirdi. Ölkəsini və simasını xilas etməyi də düşünürdü. Belə bir əlimyandı vaxtında superulduzun Kennediyə yatağında şirin pıçıltılarla verdiyi məsləhətlər lap yerinə düşdü…

Düşmən düşərgələrinin hər ikisində: həm SSRİ, həm ABŞ tərəfdə generalların barmaqları nüvə silahı və ballistik raketlərin düymələrinin üzərinə qoyulmuşdu… Azərbaycanlı oğlunun agenti isə ABŞ prezidentinin yatağında III Dünya savaşının qarşısını almaq üçün son cəhdlərini edirdi…

Nəhayət, 1962-ci il oktyabrın 22-də Amerika lideri Con Kennedinin bəyanatı yayıldı. Bəşəriyyət azad nəfəs aldı. ABŞ prezidenti Sovet İttifaqına xitabən deyirdi:

”Siz bütün raketləri Kubadan çıxarırsınız, biz isə Kuba ətrafında yaratdığımız iqtisadi mühasirəni açırıq..”.

Xruşşov razılıq verdi. Lakin Fidel Kastro daş atıb başını tuturdu ki, raketlərin bir hissəsi saxlanılmalıdır…

O da maraqlı idi ki, Kennedi məşhur sülh bəyanatını nə Ağ Evdən, nə Pentaqondan, nə də Müdafiə Nazirliyindən deyil, əqlə sığmayan bir yerdən – SSRİ-nin ABŞ-dakı səfirinin iş otağından vermişdi. Bunun açması, səbəbi əl altındadır. Hər şeyi Seyran-Merilin planı həll etmişdi… Həmin plan ABŞ prezidentini artıq məhrəm sandığı və belə cahanşümul bəyanatın ötürülməsi üçün təhlükəsiz yer kimi qəbul etdiyi məkanda danışmağa ruhlandırmışdı…

Beləliklə, biz azərtürklər- Azərbaycan türkləri sonsuz qürur hisssiylə aləmə car çəkməyə haqlıyıq ki, planetimizi III Dünya müharibəsininin dəhşətlərindən, bəşəriyyəti nüvə qırğınlarından DTK-nın ABŞ və Kanadadakı rezidenti Seyran Xələf oğlu Qasımlı qurtarmışdır…

Seyran Qasımlı 1964-cü ilin yanvarında general-mayor rütbəsi almış, 1973-cü ildən DTK-nın mərkəzi idarəsində, yəni Moskvada Yaradıcı Ziyalılar və İctimaiyyətlə İş şöbəsinin(5-ci şöbə)rəisi işləmiş, 1986-cı ildə fərdi təqaüdə çıxmış və elə həmin ilin dekabrında general-leytenant rütbəsində ürək çatışmazlığından dünyasını dəyişmişdir… Allah rəhmət eləsin!..

Sayın oxucu, yazını belə bir məqamda bitirmək yararlıydı, lakin sonrakı gözlənilməz hallar buna imkan vermədi…

Orta mənzilli ballistik və nüvə raketlərinin Kuba adasından sürətlə çıxarılması cədvəlində ləngimələr baş verdiyindən, razılıq şərtlərinin pozulması təhlükəsi yarandığından Kreml Nazirlər Soveti sədrinin müavini və Ticarət naziri Anastas Mikoyanı Kuba paytaxtına göndərmişdi. Fidel Kastronun bu işə könülsüz yanaşmasından əsəbiləçən daşnak nazir Havananın “Xose Marti” mehmanxanasında var-gəl edə-edə fəndlər düşünürdü…

Artıq noyabrın sonu idi. Mikoyan ada liderini dilə tutmalıydı, çünki Kastro sonuncu bir neçə raketin çıxarılmasını eşitmək belə istəmirdi. Narahat hayk gədəsi axşamüstü qonaq evinə qayıdarkən cangüdənlərdən birindən eşitdi ki, amerikan ulduzu Merilin Monro istirahət günü Kubaya gəlmişdir….

(Davamı var)

Merilin Monro Mikoyana təslim olub onun yatağına girdimi? Mikoyandan ayrıldıqdan sonra Azərbaycanlı kəşfiyyatçını məşhur agentinin başına nə gəldi?..

Moderator az-ı izləyin!

Sultan Laçın

araz.az xəbər portalı.