3 oktyabr 1980-ci ildə ASALA terror təşkilatının üzvü Livanlı terrorçu Alex Yenekomoçyan və ABŞ vətəndaşı Suzi Mastereciyan Cenevrədə oteli partladırlar. Lakin nədənsə bu əmələ görə məhkəmə ikiliyə cəmi 18 ay həbs qərarı verir. Partlayış zamanı ağır yaralanan Alex Yenekomoçyan cəmi 1 ay sonra xəstəxanadan birbaşa evinə yollanır. İngiltərənin Berndəki səfirliyi məsələyə sərt reaksiya verdiyi anda isə ASALA terror təşkilatı rəsmi Londonu terrorla hədələyir. Rəsmi Londonun məhkəmələrdəki susqunluğu bundan sonra başlayır. 9 iyun 1981-ci ildə Türkiyənin Cenevrədəki Baş Konsulluğunun katibi Mehmet Savaş Yergüz evinə getmək üçün konsulluqdan çıxandan dərhal sonra silahlı hücuma məruz qalaraq öldürülür. ASALA bu terror aktına görə məsuliyyəti öz üzərinə götürür. Hadisədən sonra yaxalanan Livan əsilli erməni terrorçu Mardiros Camgozyan, 15 il həbs cəzası alır. Hadisə zamanı tutulan erməni terrorçunun 17 yaşında olması faktını qabardan ingilis və isveçrəli vəkillərin iddiası ifşa olunur. Mardiros Camgozyanın 23 yaşı olduğu rəsmi sənədlərlə öz əksini tapır.
İngilis diplomat QR. Leen xatirələrində etiraf edir ki, ASALA müxtəlif vasitələrlə böyük dövlətlərə təsir etmək imkanına malik olub. Onlar bir çox hallarda məhkəmələri təhdid etməklə öz niyyətlərinə nail olublar. “Bir çox terroçuların məhz məhkəmə zalından azadlığa buraxılması təhdid nəticəsində baş verib.“-Bu sözlər ingilis diplomat QR. Leenə məxsusdur. Mardiros Camgozyanın 9 iyunda həbs olunmasından dərhal sonra, ASALA “9 İyun Təşkilatı” adlı yeni bir terror təşkilatını yaratdığını elan edir. 23 İyul 1981-ci il tarixli bir sənəddə İngilis diplomat J.L.W. Hobbs ASALA-nın İsveçrədə yeni terror törədəcəyini bəyan edir. Bu əslində bir terror təşkilatının gizli şəkildə Avropada himayə edilməsinin göstəricisi idi. Məhz bu himayənin nəticəsi idi ki, Mardiros Camgozyan 1984-cü ildə həbsdən azad edilir.
Türkləri qətlə yetirmək, öz maraqlarını həyata keçirtmək üçün Beyrutda 1975-ci ildə qurulan ASALA, 8 il içində 36 türk diplomatını qətlə yetirib. ASALA-ya dəstək verən və himayə edən ölkələrdən biri də Fransa olub. Fransa bu gündə erməni terror təşkilatlarına gizli şəkildə dəstək verir. 1983-cü ildə Parisdəki Orly Hava lımanında 8 Türkiyə vətəndaşı partlayış nəticəsində öldürülür. Bu terror aktını ASALA öz üzərinə götürür. Lakin partlayış zamanı zəhərlənmədən və qəlpə yaralarından ümümilikdə 46 nəfərin həlak olması Fransa hökumətinin səbrini daşırır. Fransa polisi teror aktında əli olan 20-dən artıq terroçunu həbs edir. ASALA-nın Fransadakı bazası ləğv edilir. Bütün Avropanı qorxu altında saxlayan bu terror təşkilatının məhv edilməsində isə türk oğlu Abdulla Çatlının rolu böyük olub. Avropada, xüsusilə Fransada fəal olan ASALA məhz Abdulla Çatlı tərəfindən məhv edilib. Bu təşkilatın onlarla üzvü məhz qəhrəman türk oğlu tərəfindən öldürülüb. Təşkilatın faktiki lideri olan və Yunanıstana qaçaraq orada gizlənən Akop Akopyan da məhz Abdulla Çatlı tərəfindən 1988-ci ildə Afinada məhv edilir.
Qoşqar Salmanlı
araz.az xəbər portalı.