Kamal-Abdulla1.jpg

Serbiyanın Belqrad Universitetində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın serb dilinə tərcümə olunmuş “Deyəsən, Platon xəstələnib” hekayələr toplusunun təqdimatı keçirilib.

Tədbirdə sənətşünas, professor Flip Feti Dautoviç, şairə Miliça Liliç, tanınmış serb yazıçısı, “Xəzər lüğəti” kitabının müəllifi Milorad Paviçin həyat yoldaşı, yazıçı Yasmina Mihayloviç və başqa xarici ədəbiyyatşünaslar iştirak ediblər.

İştirakçılar müəllifin bölmələr vasitəsilə oxucunu yeni bir yanaşma, yeni bir dünya ilə tanış etməklə, paralel dünyalar arasında qırılmaz əlaqənin mövcudluğuna inandıra bildiyini vurğulayıblar.

Bildirilib ki, yunan mifologiyasının təsiri altında qələmə alınmış bu hekayələr toplusundakı əfsanələşmiş qəhrəmanlarla müasir dövrün insanları arasında sıx bağlanmış münasibətlər məhz Kamal Abdullanın mədəni və dini kimliyini, daxili aləmini əks etdirir.

Qeyd edək ki, Kamal Abdullanın Rusiyanın məşhur “Хуdоjеstvennaya literatura” nəşriyyatı tərəfindən çap edilən “Platon, deyəsən, xəstələnib…” (“Plаton, каjеtsya, заbolel…”) hekayələr kitabı Rusiyada ədəbiyyat üzrə təqdim olunan ən yüksək mükafata – “Qızıl Delviq”ə layiq görülüb.

araz.az xəbər portalı.