ilqar abbasov 1 696x433əİlqar Abbasov deyir ki, guya Prezident bilmir ki, biz nə ilə məşğuluq..?

Görəsən bu iqtidarın suyunu içən, çörəyini yeyən, kreslosunda oturan, daha doğrusu, xidməti avtomobilini minən İlqar Abbasov niyə müxalifətdə olan sabiq səhiyyə naziri Əli İnsanovn partiyasına  dəstək verir?
Axı, məntiqlə belə olmalı deyildi.
Sən bu iqtidarın nəyindən narazısan, cənab  “prorab” İlqar Abbasov?
Sənin ən böyük vəzifən “prorab”lıq olub.
Məlumdur ki,  1979-cu ildə İnşaat mühəndislər İnstitutunu bitirmisən. Və  25 il harada olduğun məlum deyil.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/9Z8i4zjUZtI'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]Tərcümeyi-halında yazırsan ki, “1979-2004-cü illərdə müxtəlif tikinti idarələrində çalışmışam, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam…”
Necə yəni müxtəlif-filan, sahibkarlıq-zad…?
Deməli, konkret vəzifən olmayıb…
Amma  qədrini bilmədiyin bu iqtidar səni 2004-cü ildə paytaxt Bakının ən bahalı rayonu olan Nərimanova icra başçısı təyin edib.
Sənin bəlkə də həyatda ən böyük vəzifən BAŞ PRORAB olmaq idi.
Amma  hər yerdə əleyhinə danışdığın, bəzən həddini aşıb  bəzi sözlər dediyin bu iqtidar layiq olmadığın halda səni icra başçısı qoyub.
Sən layiq olmadığın halda 3 böyük rayonun icra başçısı olmusan. Hələ Adil Vəliyevlə aranda olan düşmənçilikdən sonra söhbət edəcəyik.
Bəli, 2004-2005-ci illərdə Nərimanov, 2005-2019-cu illərdə Suraxanı və 2019- cu ildən isə  Şirvan şəhərinə rəhbərlik edirsən.
Sənin ömür yolunda  1-cə saat da olsun dövlət idarəetmə təcrübəsi olmayıb və birdən birə  böyük bir rayona  rəhbər olmusan.
Sən ömründə xırda bir kollektivə rəhbər olmamışdın, cənab Abbasov.
Ramiz  Mehdiyevin sehrli çubuğu ilə  icra başçısı oldun.
Bu gün iqtidardan narazı olan ramizlər, əlilər və başqaları planlar qurur. Sən də həmin projedə rol almısan, cənab İlqar Abbasov.
Başını taxta başlara qoşmusan, Heydər Əliyev ailəsinə dönük çıxanların aqibəti heç də yaxşı olmur aaa İlqar Abbasov. Elə bilirsən görən yoxdur?
Sənin üçün  dövlət qulluğu da gəlirli sahə deməkdir, biznes deməkdir, çünki sənin dövlət ərkanında təmsil olunmaq haqqın yox idi. Bilirsən də 1992-ci ili yada sal.
Nərimanov rayonunda torpaq, tikinti, obyekt  satmaqla  milyonçu oldun.
Hara gedirdinsə, qohum-əqrəbanı da dalınca sürüyürdün, vəzifələrə doldururdun.
Sənə bir deyən yox idi  ki, ay yoldaş, bura dövlət qurumudur e, bu sənin üçün ailə arendası deyil, şirkət deyil.
Sonra Suraxanı rayonunda  lövbər saldın.
Və rayonu  bərbad günə qoydun.
Sən Suraxanıda rəhbər olmadın, torpaq alverçisi, küçə ticarətinin əsasını qoyan oldun.
Suraxanıda  təkcə sənin özünün irirli-xırdalı yüzlərlə  ticarət obyektin var, cənab Abbasov və bu gün də fəaliyyət göstərir.
Hər ay küçə ticarətindən “aylıq” kimi yüz minlər yığdırırdın.
Suraxanının  Yeni Günəşli qəsəbəsindəki ticarət obyektlərinin bir çoxu şəxsən sənə məxsusdur, cənab Abbasov.
Suraxanı rayonunun  Bülbülə, Əmircan, Hövsan, Zığ, Yeni Günəşli, Yeni Suraxanı və Qaraçuxur qəsəbələrində boş torpaq sahəsi tapmaq olmur, hamısını satmısan.  Birmərtəbəli evin tikintisinə 3-4 min manat alıb icazə verirdin, İlqar müəllim.
Bunlar nə tez yadından çıxdı, cənab Abbasov?
Deyəsən müxalifətçilik etmək istəyirsən?
Hər ay  küçə ticarətindən 50 min manatı yığıb sənə gətirən  Etibar danışsa, bilirsən səni nə gözləyir, cənab başçı?
Hər yerdə deyirsən ki, rayonları mənə arendaya verirlər…
Bir mötəbər  məclisdə demisən: “Qoy nə yazırlar, yazsınlar. Onsuz da hamı hər şeyi bilir. Yazırlar ki, biz sökürük, uçurduruq, dağıdırıq, torpaq satırıq, rüşvət alırıq, korrupsiya ilə məşğuluq. Guya ölkə rəhbərliyi bilmir ki, biz nə işlə məşğuluq? Bilmirlər ki, söküb, dağıdırıq?”
Həə, deyəsən, yetişmisən, İlqar müəllim.
Sənə bir iş adamı dedi ee…Əlini sənin kürəyindən çəkəndə gələcəm.
Deyəsən gəlirlər, cənab Abbasov.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.