aygozlu-ana_sehife.jpg

Hindu əfsanələrində qədim zamanlarda yaşayan solğun dərili, aygözlü insanlardan bəhs olunur. Onların Amerikada bir sıra qədim tikililəri inşa etdikləri bildirilir.

Araz.az-ın Teleqraf.com-a istinadən məlumatına görə, aygözlülər haqqında əfsanənin əsasən qədim hindu tayfası olan çerokluların arasında yayıldığı bildirilir. XVI əsrdə Çeroklar Alabama, Corciya, Kentukki, Şimali Karolina, Cənubi Karolina, Tennessi və ABŞ-ın cənubundakı Virciniya əyalətlərinin ərazilərində məskunlaşıblar.

Çerok tayfasının mənşəyi həmişə alimlər arasında kəskin fikir ayrılığına səbəb olub.

Bəzi fərziyyələrə görə, Çerok dili irokez dil qrupuna aiddir və çeroklar digər irokez tayfalarının yaşadığı şimal bölgələrdən olan Cənubi Appalaçiyada məskunlaşıblar.

Başqa bir fərziyyəyə görə isə, Çeroklar min illər öz ərazilərində yaşayıblar.

Onlar əvvəldən ağdərili köçkünlərlə (immiqrantlarla) xüsusi əlaqələr qurublar .

Çerokiler Krikler, Çoktavlar, Çikasolar və Seminollarla birlikdə “beş mədəni qəbilə”nin tərkibində olub. Onlar 19-cu əsrin əvvəllərində ağ insanların bir çox adət-ənənələrini və nailiyyətlərini qəbul edərək, onlarla kifayət qədər yaxşı münasibətlər qurublar. Xüsusən öz əfsanələrinə əsasən, sanki bir zamanlar appalaçilər və çeroklar yaşayan torpaqlardan qovulmuş solğun dərili, ay gözlülərə diqqət edirdilər.

Amerikalı botanik, həkim və təbiətşünas Bencamin Smit Barton 1797-ci ildə öz kitabında Çeroklar haqqındakı əfsanələrə ayrınlıq gətirib. Bildirib ki, onlar gündüz yaxşı görməyib, əksinə qaranlıqda daha yaxşı, aydın gördüklərinə görə aygözlülər adlandırılıblar. Bununla da onlar başqa hind xalqlarından fərqlənib.

Polkovnik Leonardo Marberi deyib ki, çeroklar aygözlülərin torpaqlarına gələndə, burada yaşayanlar demək olar ki gün işığında heç görməyən insanlar olub. Buna görə də onlar qalib gəlib, aygözlüləri torpaqlarından tez zamanda qova biliblər.

Bundan başqa aygözlülərin çox solğun dərili olduqları deyilir. Onlar çox qədim zamanlarda, indi ancaq xarabalıq olan bu ərazilərdə Kolumbun dövrünə qədər bir çox obyektlər tikiblər. Çerokların hücumundan sonra isə onlar harasa qərb tərəfə gedib və yoxa çıxıblar.

1902-ci ildə etnoqraf Ceyms Muni yazdığı kitabda Appaçiyada Çeroklardan əvvəl yaşayan qədim sirli xalqı “anlaşılmaz, lakin əzmli əfsanələri və ənənələri” olan xalq kimi təsvir edir.

Ehtimal edilir ki, Fort Mountain(Gürcüstan) Milli Parkında bir zamanlar aygözlülər tərəfindən tikilən, hazırda 270 metr hüdürlükdə olanr neçə daş qalıb. Amma yəqin ki əvvəlcə bu böyük bir daş-divar olub. Bu daşlar arasında oymalı hissələr də görə bilərsiz.

Bunu bir çox tədqiqatçılar aygözlülərlə əlaqələndirir və ən böyük hindu meqapolisi – Kaxokiyanın təməli adlandırırlar. İndi Kaxokiyadan Missisipi sahillərindəki Illinoys əyalətindəki Kollinsvil şəhəri yaxınlığında yerləşən 109 kurqandan ibarət abidələr qalıb.

Ufoloqların fikrincə isə, aygözlü insanlar ya yadplanetli, ya da insan və yadplanetlilərin hibridləri olub.

Belə bir məlumat da var ki, Panamadakı Kuna xalqının təmsilçiləri də aygözlülərə bənzər adla adlanıb və onlar da gündüz çətin, gecə isə çox rahat görüb.

Digər bir versiyada isə “aygözlü”lər Uels hinudliləri hesab olunur.

Uels şahzadəsi Madokun əlyazmasında Atlantik boyunca Uelsdən Alabama ştatına üzmək haqqında qeyd var.

Bu 1171-ci ildə olub. Ola bilər ki, yerli hindularla qaynaqyib-qarışan Uels xalqı “aygözlü” və solğun rəngli insanlara çevrilib.

 

araz.az xəbər portalı.