issizlik1

Azərbaycanda 20 mindən çox işsiz vətəndaş işlə təmin olunacaq.

Dövlət Məşğulluq Agentliyinin departament müdiri Hacı Əliyev bildirib ki, hazırda Dünya Bankı ilə birgə “Azərbaycanda məşğulluğa dəstək” layihəsi icra edilir.

Onun sözlərinə görə, layihəyə əsasən bu il 5 min 500-dən artıq vətəndaşa kiçik bizneslərini qurmaları üçün dəstək göstəriləcək.

Departament müdiri qeyd edib ki, proqramdan işsiz kimi qeydiyyatda olan vətəndaşlar yararlana bilərlər.

Hacı Əliyev işsiz vətəndaşlar üçün digər layihələrin də nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, digər məşğulluq xidmətlərində olduğu kimi, özünüməşğulluq proqramının icrasının da rəqəmsal platforması yaradılıb.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/jaKGpQ1FxdE’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.

araz.az xəbər portalı.