Rusiya diplomatiyasının Ermənistanla Azərbaycan arasında həyati əhəmiyyətli nəqliyyat dəhlizlərinin açılması məsələsində rolu artır.
Bunu Rusiya prezidenti Vladimir Putin ölkənin Xarici İşlər Nazirliyində keçirilmiş geniş tərkibli kollegiya iclasında çıxışı zamanı bəyan edib.
O, bu və digər problemlərin həlli məqsədilə Baş nazir müavinləri səviyyəsində dövlətlərarası komissiyanın yaradıldığını diqqətə çatdırıb.
Rusiyanın dövlət başçısı komissiyanın hazırda işlədiyini və bu istiqamətdə müəyyən perspektivlərin olduğunu bildirib.
Qeyd edək ki, bu açıqlaması ilə Rusiya prezidenti faktiki olaraq Zəngəzur dəhlizi məsələsinə də münasibət bildirib. O, Azərbaycana Zəngəzur ərazisindən dəhliz deyil, sadəcə yol veriləcəyilə bağlı Ermənistan ictimaiyyətində dolaşan iddiaların üzərindən xətt çəkib.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/foLtoVKzpJI'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.
araz.az xəbər portalı.