Feysbuk Rusiyanın nüfuzlu “Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenkonun hesabını Şuşa şəhəri ilə bağlı etdiyi paylaşıma görə bloklayıb.
araz.az xəbər verir ki, bu barədə məlumatı İ. Korotçenko özünün teleqram kanalında yayıb.
Feysbuk Korotçenkonu “Niyə ermənilər 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyi dağıdıblar, heç nə tikməyiblər?” sualına görə üç günlük bloklayıb.
Sosial şəbəkə iddia edir ki, ekspertin paylaşımı guya nifrət nitqi qaydalarını pozub.
Qeyd edək ki, Korotçenko ötən həftə Şuşaya səfər edib. Hərbi ekspert yazdığı statusda belə bir sual ünvanlayıb: ““Niyə ermənilər 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyi dağıdıblar, heç nə tikməyiblər? Heç nə. Hətta Şuşada belə. Doğrudan, niyə? Cavab verin”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.