bayram

Daxili İşlər orqanlarında yeni təyinat olub.

araz.az  Lent.az-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Xəlil Bayram oğlu Səfərov “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mühafizə şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, Xəlil Səfərov Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərovun oğludur.

O, bundan əvvəl Baş Mühafizə İdarəsinin mühafizə hissə rəisi vəzifəsində çalışıb

araz.az xəbər portalı.

araz.az xəbər portalı.