Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, FETÖ-nün lideri Fəthullah Gülənə aid səs qeydində “Uqandadan ananas gəlmiş” deyərək şifrəsini verdiyi almaz və brilyant kimi qiymətli daşların qaçaqmalçılıq yolu ilə döyüş gəmiləriylə daşındığı məlum olub.
Xəbərə görə, FETÖ-nün təlimatı ilə Afrikada liman-liman gəzən Dəniz Qüvvələrinə məxsus gəmilərindən qiymətli daşların daşınması üçün istifadə edilib. Dəniz Qüvvələri Komandirliyində yerləşədirilən “imamlar” da FETÖ üzvü olan admiralların hər addımda Gülənin təlimatı ilə hərəkət etdiklərini etiraf ediblər.
Son olaraq 2014-cü ildə Türkiyə Dəniz Xidmət Qrupunun Afrika qitəsi ətrafında turu zamanı marşrut Gülənin təlimatı ilə müəyyən olunub. Gəmilərin yan aldıqları limanlar isə FETÖ-yə aid məktəblərin olduğu ölkələrə məxsusdur. Gəmilər ümumilikdə 24 ölkənin 25 limanıı ziyarət edib.
Ömər Dağlı
araz.az xəbər portalı.