Azad-Rehimov.jpg

Gənclər və İdman Nazirliyi heç bir tender proseduruna əməl etmədən Abşeron Olimpiya İdman Kompleksində tamamlama işləri üçün “DDLAR İnşaat” QSC-yə 973,723 manat köçürüb. Şirkət nazirin oğlu Arif Rəhimovun nəzarətindədir.

Abşeron Olimpiya İdman Kompleksi “DDLAR İnşaat” şirkəti tərəfindən layihələndirilib və inşa edilib http://ddlar.com/olympic-complexes.html?lang=az. Kompleks 2017-ci ilin noyabrında prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib: https://www.president.az/articles/25867. Bu ilin mart ayında o, 17,6 mln manat nizamnamə kapitalı ilə hüquqi şəxsə çevrilib. Təxminən 1 milyon manat məbləğində vəsaitə ehtiyac nədən yaranıb? – Gənclər və İdman Nazirliyi bu barədə məlumat vermir.

araz.az xəbər portalı.