nalbandyan

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel Ermənistan xarici işlər naziri Edvard Nalbandyana zəng edib.

Ermənistan mediası xəbər verir ki, telefon söhbətində tərəflər İrəvandakı vəziyyəti müzakirə ediblər.

Müzakirələrdə Ermənistandakı daxili siyasi vəziyyətin konstitusiyaya uyğun tənzimlənməsinin vacibliyi qeyd olunub.

Diplomatlar həmçinin, Dağlıq Qarabağdakı vəziyyəti də müzakirə ediblər. Tərəflər ATƏT-in Minsk qrupunun həmsədrlərini bəyanatı əsasında təmas xəttində gərginliyin azaldılmasının vacibliyini təsdiqləyiblər.

Qeyd edək ki, ABŞ-da dövlət katibi ötən həftə CİA-nın şefi Mayk Pompeo seçilib. Pompeonun ilk diplomatik açıqlaması anti-Rusiya xarakteri daşıyıb. Rusiyalı ekspert Konstantin Bloxin iddia edib ki, ABŞ Rusiyaya gözənilməz yerdən – məhz Dağlıq Qarabağdan zərbə vuracaq və bunun üçün müharibəni başladacaq. Bu iddia fonunda yeni baş nazir Pompeonun köməkçinin Nalbandyana zəngi diqqət çəkir. /eurasiadiary.com/

araz.az xəbər portalı.