NAdir-Azeri.jpg

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) İdarə Heyəti yekdil rəylə qurumun sədr müavini Nadir Azərinin ümumi yığıncağadək sədr vəzifəsini icra etməsinə qərar verib. Bu haqda yayılan açıqlamada deyilir ki, təşkilat qurulduğu gündən onun ən fəal üzvlərindən olan Nadir Azəri son altı ildə həm də sədr müavini vəzifəsini daşıyıb.

Təşkilatın işində yaxından iştirak edən, daim qurumun ictimaiyyət arasında tanınması, fəaliyyətinin genişlənməsi üçün səy göstərən sədr müavini məhz bu keyfiyyətlərinə görə bu etimada layiq görülüb. Aprelin 23-də təşkilatın sədri vəzifəsindən istefa vermiş Azər Həsrət də Nadir Azərinin namizədliyini dəstəklədiyini bildirib.

araz.az xəbər portalı.