Hadisə Nəsimi rayonunda yerləşən məşhur otellərin birində qeydə alınıb.
Araz.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Nazənin Abuşova adlı qadın Küveyt vətəndaşı Salman Əl Səidi ilə birgə otelə dincəlməyə gəlib. Onlar istirahət etdikdən sonra N. Abuşova otelin foyesində əcnəbidən göstərdiyi xidmətə görə haqqını tələb edib. Ancaq pul üstündə “sevgililər” arasında mübahisə düşüb. Nəticədə Küveyt vətəndaşı Nazənin Abuşovanı möhkəm döyüb. Zərəçəkən Abuşova dərhal ərazi üzrə 22-ci polis bölməsinə gedərək şikayət ərizəsi yazıb. Baş vermiş hadisə ilə bağlı polis bölməsinin rəisi açıqlamasında bildirib ki, “təhqiqat araşdırmalarına başlanılıb, hər iki tərəfin izahatı alınıb, əcnəbi qadını vurduğunu etiraf edib. Qadının xəsarət dərəcəsinin müəyyənləşdirilməsi üçün ekspertizaya göndəriləcək, bundan sonra isə fakta hüquqi qiymət veriləcək”.
Araz.az
araz.az xəbər portalı.