ABŞ ordusu Texasda qərarlaşan birinci zirehli tank briqadasını Polşaya göndərir.
Muxalifet.az xəbər verir ki, bu barədə “defence23.pl” saytında məlumat yayılıb.
Amerikalı hərbçilərin Polşaya dislokasiyası Rusiya ilə sərhədyanı ölkələrdə müttəfiq qoşunların möhkəmləndirilməsi məqsədi daşıyan “Atlantic Resolve” əməliyyatı çərçivəsində həyata keçirilir.
Tank briqadası eyni zamanda iyunun 3-ə planlaşdırılan “Saber Strike” irimiqyaslı NATO təlimlərində iştirak edəcək.
araz.az xəbər portalı.