Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları tərəfindən Lerik rayonu Piran kəndi ərazisində keçirilən nəzarət tədbirləri zamanı “Kaspi Yıldız” MMC tərəfindən qanunsuz qum-çınqıl hasilatının aparıldığı müəyyən edilib.
araz.az-ın xəbərinə görə, agentliyin rəsmisi Samir Qurbanov bildirib ki, faktla bağlı bu ilin 26 oktyabr tarixində protokol tərtib edilib və şirkət barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Lerik Rayon Məhkəməsinə göndərilib.
O qeyd edib ki, sözügedən şirkət qanunsuz qazıntı işlərini davam etdirdiyi üçün barəsində toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Qeyd: Adıçəkilən şirkət deputat İqbal Məmmədova məxsusdur.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.