sahinceferli78

   “Helikopter qəzasını da qısa müddətdə araşdırıb, Rusiyanın təxribatı olduğu qənaətinə gəlirlər. Rusiyanın özündə az qala hər ay təyyarə və ya helikopter qəzası baş verir, bəs onları kim edir? Hazırda Rusiya ilə Azərbaycan arasında hansı dərin konflikt var ki, onlar bu cür diversiyalar törətmək ehtiyacı hiss etsinlər? Konflikt olsa belə, Moskvanın əlində başqa təzyiq-təsir vasitələri yoxdurmu?”.

   araz.az-ın xəbərinə görə, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

   “Rusiyadan alınmış texnikada nasazlıq, çatışmazlıq ola biləcəyi barədə fikirlərin isə əsası ola bilər. Yaxşı olar ki, mütəxəssislərdən ibarət dövlət komissiyası yaradılsın və silahlı qüvvələrimizin sərəncamındakı hərbi və aviasiya texnikaları yoxlanılsın. Bu hadisədə sual doğuran məqam budur ki, niyə bu qədər zabit bir helikopterə doldurularaq aparılıb? Üstəlik, çox qısa məsafəyə, hansı ki, xidməti avtomobillərlə də getmək olardı… Çox üzücü hadisədir. Nur içində yatsınlar…” – Ş.Cəfərli qeyd edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.