“Baku TV”-nin operatoru DSX-nın əməkdaşı tərəfindən təzyiqə məruz qalıb.
araz.az xəbər verir ki, hadisə bu gün helikopter qəzası zamanı həlak olan hərbçilərlə vida zamanı çəkiliş apararkən baş verib. Belə ki, sözügedən qeyri-etik hərəkət televiziyada məsul vəzifədə çalışan tanınmış jurnalist Tural Müseyibovun DSX rəisi Elçin Quliyevdən helikopter qəzasının səbəbləri ilə bağlı açıqlama almaq istəyi zamanı yaşanıb.
DSX rəisi Elçin Quliyevin köməkçisi, eyni zamanda müğənni Elnarənin həyat yoldaşı Rövşən Cahangirov “Baku TV”-nin əməkdaşına yumruq atıb.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/wv3Zgv4m5lE’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.
araz.az xəbər portalı.