Mediasn.jpg

Fransada Azərbaycan əleyhinə iş aparan Elşad Abdullayevin rəhbərlik etdiyi Beynəlxlq üniversiteti bitirən Dilarə adlı xanım klinkada kardioloq olaraq çalışır.

İmişlidəki mənbədən BakuNews.az-a daxil olan məlumata görə rayon mərkəzində fəaliyyət göstərən “Medisan” klinikada əsl lətifəyə çevrilən hallar baş verir. Belə ki, əslən rayonun Məzrəli kəndindən olan (təəssüf ki, həmin şəxsin adını hələ ki, dəqiqləşdirə bilmədik- BakuNews.az) xəstələrin kardioqramını çəkən şəxs əksər vaxtlarda kompyuter təsvirlərini əksinə, yəni tərsinə çıxarır. Hətta rayon Mərkəzi Xəstəxanasının həkimlərindən biri yarızarafat – yarıcıddi həmin şəxsin çəkdiyi kardioqrama baxarkən “bu kardioqramı oxumaq üçün gərək əllərimiz üstündə duraq” – deyə ətrafdıkılara söyləyib. Lakin İmişlidə fəaliyyət göstərən “Medisan” klinikasında lətifəyə bənzər hadisələr bununla bitmir.

İxtisasca fizioterapevt olan Vüqar Bədəlov UZİ həkimi kimi fəaliyyət göstərir. Klnikadakı qəribəliklər bununla da bitmir. Belə ki, UZİ aparatının başında nə qədər paradoks olsa da, fizioterapevt Vüqar Bədəlov dursada, sonucda bu aparatı işlədən şəxsin xanım olduğunu göstərən nəticə, yəni sənəd çıxır. Düzdür UZİ aparatı ultrasəs dalğaları vasitəsi ilə orqanizm toxumalarını müayinə edir. Orqanlar və toxumalardan keçdikdə ultrasəs əks etdirilir. Nəticədə həkimin monitorunda toxumanın və ya orqanın təsviri əmələ gəlir. Lakin bu hal məhz xəstələrin müayinəsi zamanı baş verir. Necə ola bilər ki, müayinə edən həkimin cinsiyyəti bir anda dəyişir. Yox əgər Vüqar Bədəlovun belə bir ixtiyarı yoxdursa, o halda nədən bu klinikadan sorumlu olan Məmməd adlı şəxs kifayət qədər ciddi məəsuliyyəti öz üzərinə götürür? Onu da xatırladaq ki, “Medisan ” klinikasına hal – hazırda rəhbərlik edən Məmməd yerli əhaliyə xarakterik olmayan təriqətin – vəhhabilik təriqətinin nümayəndələrindəndir. Mənbənin verdiyi məlumata görə Məmmədin klinikadan əldə etdiyi vəsaitdən hər ay mütəmadi olaraq naməlum ünvanlara vəsait köçürtdüyü söylənilir. Əslində bu işlə konkret olaraq aidiyyatı strukturlar məşğul olmalıdırlar.

Onu da xatırladaq ki, “Medisan” klinikanın yerləşdiyi bina 79 saylı İmşli DSK-dan deputat seçilmiş “Karat” holdinqin təsisçisi Əsabil Qasımovun qohumu Naib Qasımova məxsusdur. Bu həmin Naib Qasımovdur ki, Əsabil Qsımovun seçkilərində mediada daha çox adı hallanırdı, həm də… “Medisan” klinikada baş verənlər bununlada yekunlaşmır. Hal – hazırda Fransada Azərbaycan əleyhinə iş aparan Elşad Abdullayevin rəhbərlik etdiyi Beynəlxlq üniversiteti bitirən Dilarə adlı xanım klinkada kardioloq olaraq çalışır. Mənbənin bildirdiyinə görə Dilarə xanım ürəyindəki problemlə bağlı müraciət edən xəstələrə – “get qandan analiz ver” – deyə göstəriş verir. Haqlı olaraq xəstələrin “həkim əvvəlcə ürəyi ağrıyanın kardioqrammasını çəkərlər” – deyə irad bildirmələri də işə yaramır. Əvvəla ona görə ki, zatən kardioqram çəkənin işlərinin əksəriyyəti tərsdir və ya tərsinədir. Yuxarıda qeyd etdiyimiz kimi İmişli MRX-nin həkimlərindən biri “Medisan”da çəkilən kardioqrammanı oxumaq üçün əlləri üstə durmağın vacib olduğunu söyləmişdi. Sözsüz ki, həkim kişi olsa bu cür duruşu məqsədəuyğun hesab etmək olardı. Digər tərəfdən axı Azərbaycanda həkim ixtisası verən yeganə təhsil müəssisəsi Azərbaycan Tibb Unuversitetidir. Nə vaxtdan Elşad Abdullayevin Beynəlxalq universiteti həkim hazırlayıb? Xanımlar və cənablar insan motosklet deyil ki, kiçik həcmli mühərrikini hətta BAYTARda yığmağı öyrənə. Kiçicik səhv bir həyatın məhz faciəvi şəkildə başa çatması deməkdir. Siz bu millətə xarakterik olmayan məzhəbçilərə paranı-pulu hansı məqsədlə qazandırırsınız bunu bir siz, bir də o şəxslər bilər. Bilərəkdən Allah bilər yazmadıq məhz ona görə ki… Lakin insan həyatı ilə oynamaq bu əsl cinayətə səbəb olacaq situatsiyadır. Onu da oxucuların nəzərinə çatdıraq ki, bir müddət öncə orta statistik ailə üçün kifayət qədər böyük hesab olunan məbləğ ödəyərək analiz verən şəxs, İmişli rayon MRX-yə gedərkən həmin analizlər üçün tələb olunan məbləğin onda birini belə verməyəcəyini öyrəndikdən sonra prokurorluğa mürcuət etmişdi. Rayon prokurorluğunun müdaxuləsindən sonra klinika rəhbərliyi həmin şəxdən aldıqları yüksək məbləği geri qaytarmaq məcburiyyətində qalmışdılar.

Mövzuya qayıdacağıq.

Redaksiya yazıda adı çəkilən təşkilatların və şəxslərində mövqelərini dərc edə bilər.

BakuNews.az

araz.az xəbər portalı.