1525265208_989000.jpg

Arxeoloqlar Praqanın qədimdə Müqəddəs Valentin darvazaları olmuş Vatslav meydanının aşağı hissəsində bir neçə unikal əşya, o cümlədən 4 santimetr hündürlüyündə və növü hələlik bəlli olmayan heyvan buynuzundan düzəldilmiş Müqəddəs Məryəmin heykəltəraşlıq rəsmini aşkar ediblər.

Alimlər bu tapıntının XV əsrdə şəhər sakinlərindən birinin evindəki səcdəgahın bəzəyi olduğu qənaətindədirlər.

Həmçinin, Müqəddəs Valentin darvazalarının XIII əsrdə aparılmış tikinti və bərpa işlərinin tarixini də dendroxronoloji üsulla müəyyən etmək mümkün olub. Darvazalar indiki Krijovnitski küçəsinin yaxınlığında yerləşib. Bu tapıntılar Praqanın Yeni və Köhnə şəhər hissələrində Milli Muzey tərəfindən aparılan arxeoloji tədqiqatlar çərçivəsində aşkar edilib.
AZƏRTAC

araz.az xəbər portalı.