1525245245_236301_src.jpg

Bakıxanov qəsəbəsində plana düşdüyü üçün sökülən villanın sahibi tanınmış iş adamı Füzuli Fərəcovdur.

Axar.az-ın əldə etdiyi məlumata görə, məşhur iş adamı F.Fərəcovun 2 milyon manat dəyəri olduğu iddia edilən villası qəsəbədə pilot layihə olan “Bakıxanov Rezidens” şirkətinin tikəcəyi yaşayış binası ilə əlaqədar sökülür.

Sökülməkdə olan villa F.Fərəcovun qəsəbədəki yeganə mülkü deyil. Belə ki, Bakıxanovdakı məşhur “Mohito” restoranı da iş adamı F.Fərəcova məxsusdur.

Qeyd edək ki, “Mohito” ilə yanaşı Bakıda fəaliyyət göstərən məşhur “Paradise” klubu, Novxanıdakı “Kalyon” və “Texas” restoranları da F.Fərəcovun mülkləri arasındadır.

Yeri gəlmişkən xatırladaq ki, ötən ilin may ayında F.Fərəcovun 14 yaşlı oğlu Ağaəli Fərəcov idarə etdiyi “Porşe” markalı 99 BS 999 dövlət nömrə nişanlı avtomobili ilə Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vurmuşdu.

Qəza nəticəsində X.Məmmədova dünyasını dəyişmişdi.

araz.az xəbər portalı.