177455.jpg

Moderator.az Rambler.ru-ya istinadən xəbər verir ki, Rusiya televiziyalarının tok-şoularında özünün anti Azərbaycan, anti-Türkiyə mövqeyi ilə məşhur olan, Dağlıq Qarabağ konfliktini islam-xristian qarşıdurması kimi təqdim edən, hər zaman erməni separatçılarını dəstəkləyən polşalı jurnalist Tomaş Matseyçuka 30 il müddətinə-2048-ci ilədək Rusiya Federasiyası ərazisinə girmək qadağan edildi.

Matseyçuka RF Cinayət məcəlləsinin 282-ci maddəsi (Nifrət və düşmənçilik qaldırma, insan ləyaqətini alçaltma) tətbiq edilib.

Əvvəllər Moskvadakı erməni diasporasının Matseyçuku ciddi şəkildə maliyələşdirdiyi barədə mətbuatda, sosial şəbəkələrdə məlumatlar dərc edilmişdi.

araz.az xəbər portalı.