iran-prez.jpg

Araz.az xəbər verir ki, Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd əl Xəlifə “Tvitter” sosial şəbəkəsində verdiyi açıqlamada ölkəsinin, Mərakeşin İran ilə əlaqələrini kəsməsini dəstəklədiyini bildirib: “Mərakeş həmişə bizim tərəfimizdə olduğu kimi, biz də lazım olanda həmişə onun yanındayıq. Mərakeşin Livanın “Hizbullah” təşkilatı ilə əməkdaşlıq edərək ölkənin düşmənlərini dəstəklədiyi üçün İran ilə əlaqələrini kəsmək qərarını möhkəm şəkildə dəstəkləyirik”.

Xəbər verildiyi kimi, Mərakeşin Xarici İşlər Nazirliyi Hizbullah təşklatı ilə Polisario Cəbhəsi arasındakı əlaqənin ölkənin təhlükəsizliyini və sabitliyini təhdid elədiyi səbəbindən” İran ilə dilomatik əlaqələri kəsdiyini bildirmiş, ölkənin Tehrandakı səfirliyini bağlamaq qərarl verdiyini bəyan eləmiş və İranın Rabat şəhərindəki səfirinin ölkəni tərk eləməsini tələb eləmişdi.

Qərbi Saxara problemi

Qərbi Saxara Afrika qitəsinin şimal-qərbində yerləşən və 1975-ci ildə müstəmləkəçi İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən və hal-hazırda da üçdə ikisini həqiqətən idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Səhravi Ərəb Demokratik Respublikasının bu elanı Mərakeş tərəfindən qəbul edilmədi. Bölgəyə qonşu ölkələr şimalda Mərakeş, şimal-şərqdə Əlcəzair , şərq və cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir.

Mərakeş Qərbi Saxaranı öz ərazilərinə daxil edəndən sonra Əlcəzairin dəstəklədiyi müstəqillik tərəfdarı Polisario Cəbhəsi ilə Mərakeş hökuməti arasında gərginlik davam edir. Mərakeş bölgənin öz ərazisi olaraq qalmasını istədiyi halda, Polisario Cəbhəsi Qərbi Saxaranın müstəqil dövlət olduğunu irəli sürür. Polisario Cəbhəsi 1991-ci ildə BMT-nin vasitəsilə əldə edilən atəşkəs razılaşmasına qədər Mərakeş təhlükəsizlik qüvvələrinə qarşı silahlı mübarizə aparırdı. Atəşkəs razılaşmasından indiyə qədər Qərbi Saxaranın statusu ilə bağlı danışıqlar uğursuzluqla nəticələnməkdədir. (Hurriyyet.org)

araz.az xəbər portalı.