Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu, keçmiş deputat Aydın Abbasov son günlər atasının adının Azərbaycan mətbuatında Avropadan hakimiyyətin ünvanına təhqirimiz ifadələr işlədən mühacirlərlə, həmçinin Türkiyədə saxlanılaraq ölkəmizə təhvil verilən Hüseyn Abdullayevlə birgə işbirliyində çəkilməsinə sərt etiraz edib.
Araz.az Virtiualaz.org-a istinadla xəbər verir ki, Abbas Abbasovun oğlunun yaydığı bəyanatda deyilir:
“Mən o insanlara, – hansılar ki, uzun illər Azərbaycan dövləti haqda nifrətlə yazır və ona qarşı çıxırlar, – müraciət edirəm. Siz indi öz maskalarınızı dəyişib gizlənməyə çalışırsınız, amma biz sizin çirkab və nifrətlə dolu mahiyyətinizə bələdik. O kişilərin, – hansılar ki, uzun illər boyunca dövlətə xidmət edib və onu qoruyublar, – ünvanına ağzınıza gələni danışmayın!
Təhrikçilər və böhtançılar həmişə olub və gələcəkdə də olacaq, onlara zaman özü cavab verəcək. Biz isə millətə, dövlətə və Prezident İlham Əliyevə xidmət etməyə davam edəcəyik. Və kim ki sizə belə məqalələri sifariş edir, qoy öz fikirlərini nizama salsınlar və mənəvi sima əldə etsinlər. Bu, atam haqqında böhtan və yanlış məqalələrə mənim qısa cavabımdır. Ümid edirəm ki, mən öz fikirlərimi əxlaq çərçivəsində çatdıra bildim”.
Xatırladaq ki, son günlər əsasən “Yeni Müsavat” media qrupuna daxil olan qəzet və saytlarda Abbas Abbasov Avropadakı “söyüş müxalifətinin kuratoru” kimi təqdim edilir və Hüseyn Abdullayevlə əlaqələrdə suçlanır.
araz.az xəbər portalı.