Xeyreddin-Qoca.jpg

“Hörmətli nazir, əgər yaxşı səhiyyəmiz varsa, elə burda müalicə olunun da”

“Molla və falçılar efrilərimizi zibilləyiblər. Bunlar efirlərə çıxıb sübut etmək istəyirlər ki, guya nəsə bilirlər”.

Bunu Moderator.az -a açıqlamasında sabiq deputat, nasir Xeyrəddin Qoca son zamanlar efirlərimizdə baş verən hadisələrə münsasibət bildirərkən deyib. Yazıçı bildirib ki, efirə çıxan həkimlərin də çoxu pul qazanmaq üçün özünü reklam edir:

“Mənim efirlərimiz haqqında təzə kitabım çıxır. Kitabda bir çox məqalələr var. Azərbaycan efirləri biabırçılıqdı. Efirlərdə cahillik hökm sürür. Molla və falçılar efirlərimizi zibilləyiblər. Bunları efirlərdən yığışdırmaq lazıdır. Bunlar efirlərə çıxıb sübut etmək istəyirlər ki, guya nəsə bilirlər. Amma insanlar hər dəfə bu saxtakarlıqları hiss edirlər. Qaldı ki, efirə çıxan həkimlər bunların da məqsədləri odur ki, özlərini reklam etsinlər. Mən pulsuz adamam, kasıb yaşayırıq. Amma nə mən, nə də ailəm Azərbaycanda həkimə getmirik. Borc, xərc edib xaricə müalicəyə gedirik. Düzdü, bizim görkəmli cərrahlarımız var. Onları çıxmaq şərtiylə Azərbaycan həkimlərinə ancaq barmağın yara olanda gedəsən ki, ona sarğı qoyalar. İnsanlarımızın da çoxu müalicə olunmaq üçün xaricə gedir”.

Yazıçı səhiyyə nazirinin Almaniyada müalicə almasına da müsanibət bildirib:

“Keçən dəfə siz də oxudunuz. Jurnalistlər səhiyyə naziri Oqtay Şirəliyevdən səhiyyəmizlə bağlı açıqlama almaq istəyirdi. Nazir deyib ki: “Almaniyada müalicə olunuram, gələcəm bu haqda danışarıq. Qaldı ki, bizim savadlı həkimlərimiz var”. Əslində bu ciddi məsələdi. Hörmətli nazir, əgər yaxşı səhiyyəmiz varsa, elə burda müalicə olunun da”.

Yazıçı deyib ki, xarici telekanallarda da həkimlər verilişlərdə insanları maarifləndirirlər:

“Efirlərə çıxan həkimlər də özlərini reklam etmək üçün mən belə düşünürəm ki, ödəniş edirlər. Necə ki, saxta dərman sataraq həkimlərlə əlbir olan qruplar var, efirlərimizdə də vəziyyət o cürdür. Bunların qarşısı alınmalıdır. Mən qırx ildir efirlərdəyəm, amma son üç ildə efirlərə çıxmıram. Mən demirəm həkimlərin efirə çıxmasına qadağa qoyaq, amma bəzilərinin qarşısı alınmalıdır. Xarici telekanallarda da savadlı həkimlər danışırlar və onların insanlara faydası olur. Amma bizdəki kimi yox ki, bu gün efirdə danışan həkim sabah saxta dərman şirkətləri ilə əlbir olaraq həbs edilir. Efirlərə çıxan həkimlərin doxsan faizi özünü reklam üçün çıxır”.

Vasif Əlihüseyn

araz.az xəbər portalı.