tam-2.png

Bir müddət əvvəl “Şurataz LTD” MMC-nin sahibi Xaliq Abbasov xüsusi ittiham qaydasında Xətai rayon Məhkəməsinə müraciət edərək “Qafqaz Xəbər Agentliyi” MMC-nin rəhbəri Araz Məmmədovu CM-nin 147.2 maddəsi ilə həbs etdirmək istəyirdi. Onun hüquqlarını bu məhkəmə prosesində Akif Covdarovun vəkili Şahin Rəfiyev müdafiə edirdi.

Araz Məmmədovun rəhbərlik etdiyi agentliyin saytları 2016-cı ildə Xaliq Abbasov Sumqayıt Baş Gömrük İdarəsində invoys saxtakarlığı törədərək həmin ilin əvvəli vergidən 2 milyon 440 min ABŞ dollar yayındırması barədə məlumat vermişdilər.

Bu cinayətə göz yuman DGK-nin o vaxtkı sədri Aydın Əliyev Xaliq Abbasovun və Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənovla əlbir olub törətdikləri cinayətə göz yummuşdur.

Hələ üstəlik o jurnalistləri xüsusi ittiham qaydasında məhkəməyə verib tutdurmağı Xaliq Abbasova məsləhət görmüşdü. Amma Xətai rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədov jurnalist Araz Məmmədov barəsində Xaliq Abbasov tərəfindən xüsusi ittiham qaydasında verilən iddianı təmin etməmişdir.

Xatırladaq ki, “Qrand Garden” və “Şurataz” LTD MMC-lərin rəhbəri Abbasov Xaliq Nərman oğlu “Kredit müqaviləsi” üzrə tələbi yerinə yetirmədiyinə görə əmlaklarının üzərinə həbs qoyulması tələbi ilə “Bank VTB” (Azərbaycan) ASC tərəfindən cavabdeh qismində məhkəməyə cəlb olunmasını və onun barəsində digər məlumatları Qafqaznews.az saytı dərc etmişdi.

Xaliq Abbasov ilk əvvəl Nərimanov rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət etmişdi. Lakin sonda, dediyimiz kimi hakim Bəxtiyar Məmmədov şikayətçinin təqdim etdiyi sənədlərdə baş direktor Araz Məmmədovu təqsirləndirmək üçün sübutların olmadığını nəzərə alaraq xüsusi ittiham qaydasında cinayət işinin başlanılmasından imtina edilməsi barədə ədalətli qərar qəbul etmişdir.

Hakimin bu ədalətli qərarı jurnalistlər tərəfindən alqışla qarşılanmışdır. Görünür Aydın Əliyev özü də cinayət törədən Xaliq Abbasovla və Vəzir Həsənovla əlbir olduğu üçün onlar tərəfindən törədilən cinayətə o zaman göz yumub.

İndi də ölkə mətbuatının yazdığına görə Dövlət Gömrük Komitəsinin sabiq sədri azxeber.com saytının jurnalistlərini, saytın baş redaktoru Hacıbəy Heydərlini və saytın baş direktoru Əfsələddin Ağalarovu xüsusi ittiham qaydasında məhkəməyə verib, onları həbs etdirməyə çalışır.

Görünən odur ki, 2016-cı ildə Xaliq Abbasovun törətdiyi cinayətlərə göz yuman Aydın Əliyev də Xaliq Abbasov kimi, jurnalistləri həbs etdirmək xülyasına düşüb. Jurnalistlərin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov bildirib ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi icraata götürülüb və jurnalistlər təqsirləndirilən şəxs qismində cəlb olunublar: “Cinayət işinin uzadılmasına nail olduq, xoşbəxçilikdən Aydın Əliyev vəzifəsindən kənarlaşdırıldı. Buna baxmayaraq, sabiq komitə sədri Aydın Əliyev portalın baş direktoru Ağalarov Əfsələddin Rizvan oğlunun və baş redaktoru Heydərli Hacıbəy Novruz oğlunun həbs olunmalarına çalışır. Bu gün, Binəqədi rayon Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında tam aşkar görünürdü. Hakimin ədalətli qərar qəbul edəcəyinə inanırıq”.

Biz də Qafqaz Xəbər Agentliyi olaraq inanırıq ki, həqiqətən bu işə məhkəmədə düzgün baxılacaq və Binəqədi rayon Məhkəməsinin hakimi Vüqar Məmmədov da sonda hakim Bəxtiyar Məmmədov kimi ədalətli qərar çıxaracaq.

Lalə Akifqızı

365İNFO.ORG

araz.az xəbər portalı.