-Doğulacaq hər 3-cü, 4-cü uşağa görə

ermeniler.jpg

Livanda fəaliyyət göstərən “Artsaxfond” Azərbaycanın işğal altındakı torpaqlarına köçən erməni ailələlərinə yardım proqramının yeni layihəsinin tətbiqinə başlayıb.

Moderator.az yazır ki, bu haqda Xankəndindəki separatçı nəşrlər xəbər yayıb. “Yeni həyat, yeni ümid” adlı layihə çərçivəsində Azərbaycan torpaqlarında məskunlaşan hər erməni ailəsinə 3-cü,4-cü və s. övladlara görə, müəyyən sayda iribuynuzlu və xırda heyvan, eyni zamanda 150 min dramlıq(təxm. 520 dollarlıq) arı pətəyi hədiyyə ediləcək. Xəbərdə qeyd edilir ki, ötən il bu proqrama 171 ailə daxil edildiyi halda, 2018-ci ildə 263 ailə daxil ediləcək.

Sultan Laçın

araz.az xəbər portalı.