photo_277388.jpg

5 may Türkiyənin Anadolu rok janrının ən parlaq nümayəndəsi Cem Karacanın doğum günü idi.

Cem Karaca 5 may 1945-ci ildə azərbaycanlı Məmməd Karaca və erməni əsilli Toto Karacanın (əls adı İrma Fələqyan) ailəsində dünyaya gəlib.

Atası Türkiyənin tanınmış teatr aktyoru, anası isə Opera sənətçisi olub. Elə buna görə də, Cem Karaca dünyaya gələndən incəsənət mühitində yaşayıb. Onun fərqli baxış bucaqlarına, dinlərə mənsub valideynləri Cemi daha multikultural bir mühitdə böyüdüb. Cem Karacanın 4-cü həyat yoldaşı İlkim Karacanın sözlərinə görə, onun valideynləri bir-birlərinin  həyat tərzlərinə hər zaman hörmət ediblər, Cem Karacanın boynundan asdığı İmam Əlinin qılıncı boyunbağısı atasından, çarpayısının üzərindən asdığı İsa peyğəmbər şəkli isə anasından miras qalıb. Bir məsələdə isə Mehmet Karaca həyat yoldaşına qadağa qoyub: Cemə erməni dili öyrədilməyəcək.

Cem Karaca hər zaman dialektinin: Məsələn, Türkiyə türkçəsindəki “Ben” sözü əvəzinə Azərbaycan türkçəsində olduğu kimi “Mən” deməsinin, qırtlaqdan çıxardığı səslərin, ozanlara, aşıqlara xas üslubunun azərbaycanlı atasından,  opera boğazlarının isə anasından keçdiyini deyib.

cem karaca ile ilgili görsel sonucu

Cem Karacanın gənclik illəri Türkiyədə komunist ideyalarının geniş yayıldığı, eyni zamanda qərb musiqisinə, mədəniyyətinə maraq duyulan dövrlərə düşüb. “Rok-n-rollun kralı” sayılan Elvis Preslidən təsirlənən Cem səhnəyə çıxıb sol yönümlü mahnıları ifa edib. Ancaq atası onun musiqi ilə məşğul olmasına qəti etiraz edib və hətta onun çıxışlarına tamaşaçı qismində pulla tutulmuş adam göndərib. Həmin adamlar Cem mahnısını oxuduqdan sonra səslər çıxarır, etiraz edir, onun səhnədən düşməsini tələb edirdilər. Bütün bunlara baxmayaraq Cemin musiqi sevgisinin qarşısı alına bilməyib, o, Apaşlar, Kardaşlar, Moğollar və Dervişan kimi rok qrupları ilə uğurlar qazanıb.

cem karaca ile ilgili görsel sonucu

Cem Karacanın qadınlarla arası hem yaxşı olub, həm də pis. Yaxşı olub ona görə ki, o, ömrünün müxtəlif dövrlərində 4 qadını evlənməyə razı sala bilib. Ancaq onların hamısından boşandığı üçün, deməli, heç də qadınlarla qurduğu münasibəti sona qədər saxlaya bilməyib. Maraqlısı budur ki, Cem Karacanın həyatında 4 qadın olub, ancaq 5 dəfə evlənib. Onun ilk və dördüncü həyat yoldaşı eyni xanım olub.

Məşhur rokçu sol idealogiyasına yaxın olması səbəbindən bəzən vətən xainliyi ilə də günahlandırılıb. “Tamirci çırağı”, “Dadaloğlu” mahnılarında aşağı təbəqənin, işçilərin, bütün xalqın gücünə inandığını bildirib. “Protest musiqisi” onun başına çox oyun açıb.

Cəm Karaca, 1979-cu ildə Londondakı dünyaca məşhur “Rainbow Arena”da konsert verməyə nail olub. 1980-ci ilin sentyabrında konsert üçün Almaniyaya gedən ifaçı uzun müddət geri qayıda bilmir. Çünki Türkiyədə baş verən 12 sentyabr hərbi çevrilişindən sonra onun ölkəyə qayıtması onun həyatı üçün təhlükəli idi. Bu dövrdə atasını itirən Cem onun cənazəsinə belə qatıla bilməyib. Daha sonra Türkiyə vətəndaşlığından çıxarılan rokçu Almaniyada sənət həyatını davam etdirib.

cem karaca ile ilgili görsel sonucu

Ölkəsində hərbi diktatura sona çatıb, vəziyyət yaxşılaşanda 1987-ci ildə dövrün prezidenti Turqut Özalla görüşərək, onun əfv edilib, yenidən ölkəyə qayıtmaq istəyini bildirib. Prezident onun yenidən vətəndaşlıq almasına kömək edib. Özal həmçinin, onun şəxsiyyətini böyük qiymətləndirib və onun valideynlərinin mənsub olduğu azərbaycanlılar və ermənilər arasında qızışdırılan müharibəni pis qiymətləndirib.

“Anam ermənidir, amma mən türkəm”

Karacanın Türkiyəyə qayıtdığı vaxtlarda ermənilər Qarabağda təxribatlara başlamışdı. Qayıdışından sonra çıxardığı ilk albom “Nerede Kalmışdık”da öz kökünə və türk qanına hörmətən “Karabağ” adlı mahnı səsləndirib.

Ä°brahim Nəbioğlu ile ilgili görsel sonucuİbrahim Nəbioğlu

Karacanın anasının erməni olmasını əllərində bayraq edib, onun dünya üzərindəki hər cür zülmü pisləməsini yanlış anlayıb onu öz soy kökünə, türklərə xəyanət etdiyini iddia edirlər. Ancaq bir müddət AzTV-in Türkiyə təmsilçisi olan İbrahim Nəbioğlunun onunla görüşü barədə dedikləri Cem Karacanın Azərbaycan sevgisini göstərir. Maşının üzərindəki AzTV loqotipini görən kimi həmin jurnalistlə əlaqə saxlayan Cem Karacanın İbrahim Nəbioğlu ilə görüşünü elə onun öz qələmindən oxuyaq:

“Gecə gec saatlarda Ankaradakı ev telefonum çaldı. Dəstəyi qaldıranda tütün və içki qarışımı bir səs “İrvam qardaş (kardeş deyil, qardaş –İ.N.), seher kahve içelimmi?” dedi salamsız-kəlamsız.

Ankaranın Aşağı Ayrançı səmtindəki sakit bir qəhvəxanada məni gözləyirdi. Qırmızı köynəyi, qara günəş gözlüyü ilə masadakı şlyapasından tanıdım Cem Babanı. Xoş-beşdən sonra “Karabağı dinlədinmi” deyə sordu. “Dinləmədim, belə bir mahnı olduğunu ilk dəfə eşidirəm” dedim. Cibindən çıxartdığı kaseti qəhvəxananın sınıq-salxaq maqnitofonuna yerləşdirdi (O mahnının linkini aşağıda paylaşıram sizlərə). Qulaqlarıma inanmadım, gözlərim doldu. Bu möhtəşəm mahnıdan xəbərsiz olduğuma inana bilmirdim.

Bitincə başa sardı. “Demirsən durum gedim. Gözü yolda qalan var” deyəndə onun da gözləri doldu. İri gözlüklərini taxıb, uzun-uzun düşündü. Bakını çox görmək istəyir, atalarının torpaqlarını görməyi xəyal edirdi…

Axşam yenə gec saatda zəng elədi. Kefli idi, amma səsində kefdən əlamət yox idi. Kameramızın markasını sordu xırıltılı səsi ilə. Təmirdədir dedim kameramız (Bizim BETECAM-ı Zeynəb Xanlarovaya klip çəkərkən dənizə düşürmüşdülər, tez-tez təmirə gedirdi). Ertəsi gün TRT-nin kafesində görüşmək üçün vədələşdik.

TRT-nin o vaxtkı binasına gəldiyimdə Cem Karaca studiyanı açdırmış, işıq və mikrofonları qurdurmuşdu.

Əvvəl nənəsindən danışdı, ata nənəsindən. Onun danışdığı nağıllardan, oxuduğu ninnilərdən, bişirdiyi “murabbalardan”, çaldığı xaşıldan bəhs etdi sevgi ilə. Atalarının əslən Azərbaycandan olduğunu dedi qürurla. Sonra “Karabağ” mahnısını necə yazmasını nəql elədi, erməni zülmünü lənətlədi. Solçu Karaca bir türk milliyyətçisi kimi Qarabağın işğalını pislədi və o torpaqların ata torpaqları olduğunu dedi. Anasından söz açmadı. Çəkilişdən sonra qolumdan tutub “Anam ermənidir, amma mən türkəm” dedi…

Dilə gətirməsə də bəlli ki, Barış Mançoya qibtə edirdi. “Niyə mən də gedə bilməyim” deyə içində fırtınalar qopurdu. “İrvam qardaş, məni niyə qoymasınlar öz  vətənimə” dedi ayrılanda.

Onu nəinki Azərbaycana dəvət etdilər, heç müsahibəsini də vermədilər efirə. “Anası ermənidir, başımız ağrıyar” dedilər”.

Barış Manço ilə qardaş imiş

cem karaca barış manço ile ilgili görsel sonucu

Ölkəmizdə də çox sevilən, 7-dən 70-ə hər kəsin qəlbinə yol tapmış Barış Manço ilə Cem Karacanın çox böyük dostluğu vardı. Barış Manço rəhmətə gedəndə Cem “canım getdi” deyib, ağlayırmış. 2010-cu ildə Karacanın dostunun iddiası isə gündəmə bomba kimi düşmüşdü. Cem Karaca və Barış Mançonun ata bir, ana ayrı qardaş olduğu barədə məlumat yayıldı.

Karacanın anası Toto xanım da, həyat yoldaşının ölüm yatağında gizlədiyi oğlunu səslədiyini təsdiqləyib: “Sizə də ancaq Cemin mənə dediklərini söyləyə bilərəm. Cemin bir böyük qardaşı vardı. Söylədiyinə görə, o adam da Barış Manço idi. Cem 1945, Barış Manço isə 1943-cü ildə anadan olublar. Yəni, aralarında 2 yaş fərq vardı. Cemin danışdığına görə, atası Mehmet Karaca ilə Barış Mançonun anası Rikkat Uyanık arasında bir münasibət yaşanmışdı. Mehmet Karaca teatr sənətçisi, Barış Mançonun anası isə dövrün ən məşhur sənətçilərindən idi. Maraqlıdır ki, Barış Mançonun ilk adı da Mehmet olub. Cem mənə “əsl maqazin bizdədir, heç kimin bundan xəbəri yoxdur”, – deyər, sonra da gülərdi”.

Cem Karaca Azərbaycanı görmədən və hələ bir çox arzusuna çatmadan 2004-cü ildə –  58 yaşında bu dünyadan köçüb gedib.  /minval.info/

[bt_youtube url=”https://youtu.be/j-WVmb07FaY” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.