Rusiyanın paytaxtı Moskvada hökumət əleyhinə aksiya keçirilib.
“Qafqazinfo” xəbər verir ki, müxalifət lideri Aleksey Navalnı da aksiyaya qatılıb.
Polis qanunsuz keçirilən aksiyanı dağıtmaq üçün bir neçə dəfə xəbərdarlıq edib. Daha sonra həbslər başlayıb. Saxlanılan 75 nəfər arasında Navalnı da var.
Moskvadan başqa Novosibirsk və Tomsk şəhərlərində də kütləvi etirazlara start verilib. Müxalifət cəbhəsi xalqı bütün şəhərlərdə aksiya keçirməyə çağırıb.
Etirazçılar əsasən Vladimir Putinin istefasını tələb edirlər.
[bt_youtube url=”https://youtu.be/76Z4MDRWi-k” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.