veteran.jpg

Dünyanın ən qanlı müharibəsinin şahidlərdən biri Mingəçevir şəhərində yaşayan Böyük Vətən müharibəsi iştirakçısı Baba Əliyevdir.

Araz.az Sputnik.az-a istinadla xəbər verir ki, 1921-ci ildə Ağdaş rayonunda anadan olan Baba Əliyev 21 yaşında vətənin müdafiəsinə qoşulub.

Bakıdan Qroznıya kimi 200-dək müdafiə xətti yaradıldığından danışan veteran hərbçi almanların yalnız Terekin sahilində dayandırmaq mümkün olduğunu söyləyir. Zamanın müharibədən daha amansız olduğunu deyən Baba Əliyev 30 minlik diviziyadan hazırda yalnız 2 nəfərin sağ qaldığını təəssüflə qeyd edir.

 

araz.az xəbər portalı.